beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əylənərək gündə 500 kalori yandırmaq mümkündür

Əgər sağlam bir şəkildə artıq çəkidən azad olmaq istəyirsinizsə gündə ən az 500 kalori yandırmaq lazımdır.
Yəni bu da normaldan daha çox kalori yandırmaq deməkdir. Buna boş vaxtlarınızı dəyərləndirərək və ya boş vaxtlarınızda əylənərək nail olmaq mümkündür. Sevdiklərinizlə (uşaqlarla və s.) idman və ya əyləncə mərkəzlərində olan imkanlardan yararlanmaq yaxşı nəticələr verir. Həmin mərkəzlərdə boulinqlə məşğul olmaqda pis olmaz. Gəzintidə olarkən isə it gəzdirməyin kalori yandırmağa xeyiri olduğu bildirilir. Hər səhər və axşam gündə 2 dəfə 45 dəqiqə gəzinti kifayətdir.
Qumlu voleybol oyunu da artıq çəkidən azad olmağa və kalori yandırmağa kömək edir.
Günəş vannası qəbul etmək yerinə voleybol oynamaqla da 500 kalori yandırmaq olar.
Rəqslə məşğul olmağın artıq çəki probleminə xeyri olur. Aerobika yerinə gündə bir saat rəqslə məşğul olmağın bu problemə köməklik etdiyi bildirilir.
Üzmə hovuzu bahalı əyləncə mərkəzlərinin çoxunda ola bilər. Bu baxımdan 1 saat üzmə ilə məşğul olmaq artıq çəkisi olanlar üçün yetərlidir.


Tarix: 08.01.2015 / 13:08 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Saglamliq