Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Limonlu su içməyin faydaları

Günümüzdə bəzi içkilər var ki, onlar yayın istisində təkcə bədəni sərinləşdirmir, eyni zamanda insan orqanizminə müsbət təsir göstərir.
Həmin içkilərdən biri limon suyudur. Məlumatlarda deyilir ki, limonlu su digər faydaları ilə yanaşı tərkibində C vitamini olduğundan bədəni toksinlərdən təmizləyir.
Həmçinin tənəffüs yollarında olan problemi aradan qaldırmağa kömək edir.
Limon, antibakterial xüsusiyyəti sayəsində tənəffüs yolu infeksiyalarından qurtulmaqda və öksürəyin azaldılmasında faydalıdır.
Bu baxımdan limon suyu beyin və sinir sisteminin sürətli işləməsinə imkan yaradır.
Həmçinin tərkibindəki kalium sayəsində depressiyadan azad olmağa, unutqanlığa və beyin sisinin ortadan qalxmasında effektlidir.
Bundan əlavə immun sistemini gücləndirməyə kömək edən bu içki qan təzyiqini nizamlayır, soyuqdəyməyə yaxşı təsir göstərir, insanı bir çox xəstəliyə qarşı qoruyur.
Artıq çəkidən azad olmaq istəyənlər üçün limon suyu idealdır. Çünki, limon suyu maddələr mübadiləsini gücləndirərək iştahı qismən azaltmaqla kökəlməni ləngidir. Həmçinin bu içki mədəni sakitləşdirir, dərini təmizləyir, antiseptik funksiyası ilə detoks etmənizi təmin edir.
Hər şeydən əvvəl limon suyu nəfəsi təravətləndirməkdə və ağızda yaranan pis qoxuların qarşısını almaqda insana yardımcı olur.
Məlumatlara görə bu içki Ph səviyyəsini nizamlamağa da kömək edir.


Tarix: 08.01.2015 / 12:18 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Saglamliq
loading...