Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Halsızlığa ciddi yanaşmaq vacibdir

Halsızlığın müalicəsinə başlamazdan əvvəl nədən yarandığını bilmək lazımdır.
İlk öncə onu qeyd etmək lazımdır ki, xəstəlik səbəbi olmayan halsızlıq yaradan bəzi hallar var. Bunlar mövsümi dəyişikliklərdə, bəzən psixoloji problemlərdə və ya yuxusuzluq hallarında yarana bilir. Halsızlıq tez-tez baş verirsə və bu sizlərin həyat tərzinizə təsir göstərirsə mütləq mütəxəssisə müraciət etmək lazımdır.
İlk öncə halsızlığın səbəbi ortaya çıxarılmalıdır. Bu qanazlığındanmı irəli gəlir, yoxsa vərəm xəstəliyindənmi və ya maddələr mübadiləsinin aşağı olmasından irəli gəlir öyrənmək lazımdır. Müəyyən olunan xəstəliyə görə müayinə aparılmalıdır. Bu vəziyyətdə qan problemi olanlara qan müalicəsi, tiroid bezləri az işləyirsə trioid müalicəsi aparılmalıdır. Əgər psixoloji bir problemdən əziyyət çəkirsə müalicə olunduqda halsızlıq ortadan qalxar. İlk əvvəl səbəbini öyrənmək lazımdır.
Halsızlıqla əlaqədar ovuc dolusu vitamin qəbulu qətiyyən doğru deyil. Çünki, vitaminlərin böyük bir qismi bədəndə yığılır.
Bədəndə zəhərlənmə təsiri yarada bilir. Bu baxımdan səbəbə görə müalicənin aparılması ən düzgün yoldur.


Tarix: 08.01.2015 / 12:21 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Saglamliq
loading...