Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soyuqdəymə və burun axmasına səthi yanaşmayın

Məlumata görə 1970-ci illərdən bəri soyuqdəymədən qorunmaq üçün C vitamini daha çox istifadə edilib. Düzdür bu vitamin immunitet sistemi üçün əhəmiyyətlidir. Ancaq möhkəmlətmə olaraq çox istifadəsi düzgün deyil. Bunu aparılan tədqiqatlar sübut edib.
The Cochrane Library'də işıqlandırılan tədqiqatda görə C vitaminindən çoxlu istifadə tam effektli deyil. Xəstə olmadan əvvəl alınan C vitamini soyuqdəymənin müddətini yetkinlərdə 8%, uşaqlarda 13% azaldır. Yəni soyuqdəymə 10 gün davam edəcəksə C vitamini bunu 9 günə salır. Buda çoxlu istifadənin effektli olmadığını göstərir. Bu baxımdan burun axması, qrip və soyuqdəyməyə səthi yanaşmaq olmaz.
Qrip yüksək hərarətlə müşahidə olunur və ağır fəsadlar verə bilər. Adi soyuqdəyməyə məsuliyyətsiz yanaşdıqda sinusit, otit və s. xəstəliklər də ola bilər.
Xəstəliyə fikir verməyərək işə çıxmaq təhlükəlidir. Bundan əlavə siz bu halda yalnız özünüzü yox, digər insanları da təhlükə altına salmış olursunuz.
Xəstəliyin birinci günlərdən başlayaraq xəstəlik vərəqəsi almaq və evdə qalmaq lazımdır.
Hərarət yüksək olduqda xəstə mütləq yataq rejiminə əməl etməlidir. Hərarət düşdükdən 1-2 gün sonra əvvəl yarıyataq, daha isə adi rejimə keçmək olar.
Şirə, çay, kompot, mineral suların qəbul edilməsi hərarət zamanı çox vacibdir ki, bu zaman insan çoxlu maye itirir və orqanizmdə susuzlaşma inkişaf edə bilər. Xəstə gün ərzində 2 l-dən az olmayaraq maye qəbul etməlidir.
Bu xəstəliklər zamanı xəstənin iştahı kəskin azalmış olur. Heç bir halda xəstəni zorla yedizdirməyin. Qrip zamanı (xüsusən hərarət yüksək olduqda) ətdən və ağır zülallı qidalardan imtina etmək lazımdır. Hərarət normaya düşdükdə ilk növbədə xəstəyə təzə toyuq bulyonu verin. Toyuğun dərisində çoxlu miqdarda "sistein" maddəsi vardır ki, o bəlğəmçıxarıcı təsirə malikdir.
Simptomatik müalicə xəstəliyi törədən viruslara təsir etməsə də, xəstənin vəziyyətini xeyli yüngülləşdirir. Qrip və soyuqdəymənin simptomları müxtəlif olduğuna görə xəstələr bir neçə dərman preparatlarından istifadə etməyə məcbur olurlar - hərarət salan preparatlar, öskürək, boğaz ağrısı, zökəm əleyhinə dərmanlar və s.
Hərarət salan dərmanlar isə xəstənin vəziyyətini yaxşılaşdırır. Xüsusən bu uşaqlar, xroniki ürək və ağciyər xəstəlikləri olan və yaşlı insanlar üçün vacibdir. Hərarəti tam normaya salmağa cəhd etməyin, onun 1-1,5 C düşməsi xəstənin vəziyyətini xeyli yüngülləşdirir. Hərarət salan dərmanların arasında - parasetamolu, ibuprofeni, aspirini, analgini qeyd etmək olar.
Boğaz ağrısı zamanı mürəbbəli və ya ballı çay, soda qatılmış isti süd istifadə etmək olar. Boğazı kalendula, çobanyastığı, sürvə dəmləmələri ilə, duzlu (1/2 su + duz bıcağın ucunda) soda qatılmış su ilə qarqara edin. Apteklərdə boğaz ağrısı üçün çoxlu sayda spreylər, sovurma dərmanlar və s. satılır.
Zökəmin müalicəsində bəzi xəstələr damcılardan istifadəyə üstünlük verir. Lakin bu damcılar heç də tam təhlükəsiz deyil. Təbii vasitələrindən burunu təmizləmək üçün duzlu sudan (1/2 stəkan su + bıcağın ucunda duz) və ya apteklərdə satılan tərkibində dəniz suyu olan damcılardan istifadə etmək lazımdır.
Öskürəyin müalicəsi üçün bal və limon əlavə olunmuş çaydan, soda əlavə olunmuş süddən istifadə etmək çox yaxşı nəticə verir.
Soyuqdəymə və qrip xəstəliklərinin müalicəsində antibiotiklərdən istifadə etmirlər. Məsələ ondadır ki, bu xəstəlikləri viruslar törədir. Antibiotiklər isə viruslara yox, yalnız bakteriyalara təsir edir. Bəzən soyuqdəymə və qrip zamanı ağırlaşmalar (ağ ciyərin, orta qulağın və s. iltihabı) inkişaf edir. Bu zaman antibiotiklər təyin olunur.
Bu preparatlar həkim tərəfindən təyin olunur. Bu preparatların xəstəliyin ilk 24-36 saat ərzində istifadəsi yaxşı effekt verir - xəstəliyin müddəti və xəstəliyin fəsadlaşması riski azalır. Bundal əlavə virus əleyhinə praparatları sağlam ailə üzvləri ekstremal profilaktik tədbir kimi istifadə edə bilərlər.


Tarix: 08.01.2015 / 12:04 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Saglamliq
loading...