beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alimlər immun çatışmazlığı virusunun dərmanını tapdıqlarını iddia edirlər

ABŞ alimləri soyadan hazırlanmış sousda immun çatışmazlığı virusunun dərmanını aşkar etmişlər.
Bu barədə Missuri ştatındakı Tibb İnstitutunun əməkdaşları məlumat vermişlər.
Ekspertlərin fikrincə, preparatın tərkibində qidanın bütün dad keyfiyyətlərinin gücləndirilməsinə təsir göstərən "EFDA" molekulyar maddəsi vardır.
Məhz bu məhsulun molekulyar tərkibi həkimlərə böyrək və qara ciyərin parçalanması prosesinə güclü təsir göstərən tenofovir dərmanının təsirini xatırlatmışdır. Mütəxəssislərə görə, yeni maddə bu xəstəliyi müalicə etmək üçün zəhərlilik göstəriciləri minimum olan yeni dərman preparatının yaradılmasına imkan verə bilər.
Rəsmi məlumatlara görə, hazırda ABŞ-ın aparıcı əczaçılıq şirkəti soya sousunda aşkar edilmiş həmin maddə əsasında yeni dərman preparatları üzərində işləyir.


Tarix: 08.01.2015 / 11:13 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Saglamliq