Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bel və boyun ağrıları haqqında

Bir çoxları hesab edir ki, bel və ya boyun ağrısı, deyildikdə ağla dərhal bel yırtığı gəlir. Doğrudur, xəstə ən çox bu ehtimaldan qorxmaqdadır.
Çünki, bu onurğa ağrılarına daha çox səbəb olur.

Adətən onurğa ağrıları ilə müraciət edən xəstələrə mütəxəssis həkimlər ən etibarlı müalicə üsulunu seçir və düzgün qərar qəbul edir. Bu həmçinin bel yırtığına yol aça biləcək faktorların müəyyən edilməsi deməkdir. Bəzən revmatizma amillərinin yüksək olması yırtıq meydana gəlməsinə zəmin hazırlayır.

Ümumiyyətlə bel və boyun ağrıları öz sağlamlığına fikir verməyən insanlarda xroniki problemlərin yaranmasına da səbəb olur.
Türkiyəli Dos. Dr. Serdar Dağın müsahibəsindən aydın olur ki, bel və boyun ağrıları ameliyatsız da müalicə edilə bilər.

Bunun üçün sadə günlük hərəkətlərə diqqət ayırmaq yetərlidir. Oturarkən səhv oturmamaq və ya oturaq halda çox işləməmək, ağır yük qaldırmamaq bu cür problemləri əməliyyatsız, sadə bir şəkildə qismən aradan qaldırır. Uzun müddət hərəkətsiz oturmaq bel yırtığıyla yanaşı, onurğa strukturlarınında pozulmalar əmələ gətirir və sağlam həyat gedişini prozur. Çox oturan insanların bel əzələləri hərəkətsizlikdən zəifləyir. Bu baxımdan əzələləri gücləndimək üçün idmana da əhəmiyyət vermək lazımdır. Mütəxəssislər iş rejimini nəzərə alaraq, sağlam qidalanmağa vərdiş etməyin və vaxt tapdıqda sağlamlığa faydası olan idman hərəkətlərinin əhəmiyyətli olduğunu bildirirlər.

Bəzi müalicə proseslərində yağlama, əhənglənmə, onurğa ətrafında iştirak edən və bədənin sağa sola, önə və arxaya hərəkətlərini təmin edən əzələlər funksiyalarında yaranan pozuqluq nəticəsində qatılaşmaya yol açan səhvləri də görmək olur.

Onuda qeyd etmək lazımdır ki, bel və boyun ağrılarının asan müalicəsi üçün sağlamlıq proseduralarını bilmək və ona riayət etmək mütləqdir.


Tarix: 08.01.2015 / 11:07 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Saglamliq
loading...