Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dar ayaqqabılar göbələk səbəbidir

Türkiyəli mütəxəssis Dr.Özün sözlərinə görə ortopedik ayaqqabılar bədənin rahat daşınmasını təmin etdiyinə və onurğa duruşuna dəstək verdiyinə görə dəri sağlamlığına faydalıdır. Həmçinin ayaq dərisini qorumaqla göbələklərin, dırnaq batıqları kimi narahatlıqların və ayaq döyənəklərinin yaranmasının qarşısını alır.
Dar ayaqqabılar isə əksinə, diskomfort yaradaraq ayaq göbələklərinin yaranmasına səbəb olur. Bu baxımdan düzgün ayaqqabı seçimi əhəmiyyətlidir.
Bəziləri hesab edir ki, həmin ayaqqabıları bir müddət geydikdə genişlənir və rahat olur. Bu düşüncə ilə alınan ayaqqabıların yuxarıda sadalanan narahatlıqlardan əlavə ayaqlarda basma pozuqluğu, ağrılı qabarlar, ayaq barmaqlarında şəkil pozğunluqları, ayaqda qalıcı dəyişmələr, ayaq, qıç və bel ağrılarına səbəb olur.
Bu baxımdan ayaqqabı seçərkən onun modeli və rəngindən əvvəl ilk olaraq, rahatlığı nəzərə alınmalıdır.
Çünki, ayaq sağlamlığı düzgün ayaqqabı seçimindən bilavasitə asılıdır. Həmçinin təbii vasitələrdən emal edilmiş ayaqqabıya üstünlük vermək lazımdır.
Mütəxəssisin sözlərinə görə anatomik ayaqqabıların döşəmə quruluşu, ortopedik ayaqqabılara görə çox yumşaqdır. Bu baxımdan ayaq sağlamlığında vacib olan prosedurlar nəzərə alınmalıdır. Ayaq narahatlıqlarından xilas olmaq üçün müalicələr nizamlı tətbiq edilməli və düzgün ayaqqabı seçiminə biganə yanaşılmamalıdır.


Tarix: 08.01.2015 / 11:54 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Saglamliq
loading...