beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Beyinimizi qoruyaq

Ən çox oksigen istifadə edən beyin, hər mərhələdə mükəmməl xüsusiyyətə malikdir. O, həm də həssas orqanlardan biridir.
ABŞ-ın Vircinya ştatının eyni adlı universitetində aparılan tədqiqatlar, insan orqanizmində qocalığın ilkin əlamətlərinin ilk öncə beyində göstərdiyini müəyyən edib.
30 yaşından sonra unutqanlıq, yaddaş zəifliyi kimi problemlər də ola bilər.
Beyin sarsıntısı, beyin infarktı və ya anevrizması, baş ağrısı kimi xəstəliklər isə bütövlükdə sağlamlığa təsir göstərir.
Bunun üçün beyin xəstəliklərini törədən amillərdən uzaq olmaq, düzgün qidalanmaq və müalicə götürmək, beyin gimnastikasına vaxt ayırmaq yetərlidir.
Yüngül baş ağrıları üçün reseptə uyğun dərmanların istifadəsi məsləhətdir.
Nitq, məntiq və yaddaş kimi əhəmiyyətli əqli göstəricilərin zamanla itməsi hallarını xüsusi dərmanlarla ləngitmək və ya müalicə etmək olur.
Beyindəki sinir hüceyrələrinin pozulmaması üçün sinirlərin degenerasiyasına səbəb olan faktorları (spirt, siqaret və s.) dayandırmaq lazımdır.
Beyin damarlarının sərtləşməsi və zehni gücün azalması isə həddindən artıq isti mühitlərdə olmaqdan yaranır.
Beyin hüceyrələrinin ölməməsi və istirahəti üçün normal yatmaq və düzgün həyat tərzinə yiyələnmək vacibdir.


Tarix: 08.01.2015 / 12:00 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Saglamliq