Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaret çəkməyəndə nə baş verir?

Daha səni çəkməyəcəyəm…

Çoxları elə düşünür ki, uzun illər siqaret çəkirsə sağlamlığını çoxdan itirib. Əslində isə, belə deyil. Nikotinin qəbulu dayandırılandan bir neçə dəqiqə sonra orqanizmdə müsbət dəyişikliklər başlayır. Elə həmin vaxtdan da infarkt, insult, ağciyər xərçəngi kimi ölümcül xəstəliklərin riski azalır. 35 yaşlı insan siqaretdən imtina edirsə, o siqaret çəkməyən yaşıdları qədər uzun ömür sürə bilər. Nikotindən imtina etmək orqanizminizdə bir sıra dəyişikliklərəsəbəb olur:
20 dəqiqə sonra qan təzyiqi və nəbz normal səviyyəsinə qayıdır
8 saat sonra qanda nikotinin və dəm qazının miqdarı yarıbayarı azalır, oksigenin miqdarı isə normal həddinə çatır
24 saat sonra dəm qazı tamamilə orqanizmdən xaric olur və ağciyərlər toplanmış qətrandan təmizlənməyə başlayır
48 saatdan sonra orqanizmdə nikotin qalmır, dadbilmə və qoxu hissiyyatı bərpa olunmağa başlayır
72 saatdan sonra nəfəsalma sərbəstləşir, xırıltı və öskürək kimi əlamətlər aradan qalxır. Bronxlar genişlənir, orqanizmin enerji balansı artır
2-12 həftə ərzində qan dövranı yaxşılaşır, fiziki gərginliyə dözümlülük artır
3-9 həftə ərzində tənəffüslə bağlı bütün problemlər aradan qalxır, ağciyərlərin həcmi 10% artır
1 ildən sonra ürək xəstəliklərinin yaranma riski iki dəfə azalır
10 ildən sonra ağciyər xərçənginin riski iki dəfə azalır

Siqaretdən imtina edən kimi orqanizm özünütəmizləmə mexanizmlərini işə salır. Bu prosesi sürətləndirmək də olar: mütəmadi olaraq ağız boşluğunu çobanyastığı dəmləməsi və ya çay sodasının məhlulu ilə (1 çay qaşığı yarım stəkan suya) yaxalamaq lazımdır. İlk həftədə bu prosedur hər 3-4 saatdan bir təkrar olunmalıdır, sonralar isə onu gündə 2 dəfə etmək lazımdır.

Bu zaman çoxlu miqdarda maye qəbul edilməli mineral sulara, təbii şirələrə, müxtəlif bitki dəmləmələrinə üstünlük verilməlidir. Bir çox bitkilər (cökə, yaşıl çay, çobanyastığı, pişikotu, damotu) antinikotin effektə malikdir. Tərkibində A, C, E vitaminləri olan polivitaminlərin qəbulu məsləhətdir.
Orqanizmi nikotindən tam təmizləmək üçün yarım ildən iki ilə qədər vaxt lazımdır. Siqaretə qarşı ən güclü silah iradə və istəkdir.


Tarix: 27.12.2012 / 19:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 318 Bölmə: Saglamliq
loading...