beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bel və boyun ağrıları üçün manipulyasiya

Daha çox iş masası və kompüterdə vaxt keçirənlərdə ergonomik rahatsızlıqlar, bel və boyun ağrıları olur.
Mütəxəssislər bildirirlər ki, həmçinin bədən şəklinə uyğun olmayan yastıqlar və yataqlar da bel-boyun ağrıları yaradır və onurğanı məcbur edir. Bu ağrılar yük qaldırmaqdan, ani və səhv hərəkətlərdən, həddindən artıq çəkiyə sahib olmaqdan, fiziki döyüş növləri ilə məşğul olmaqdan və bir çox səbəbdən meydana gəlir. Xronikiləşən bu ağrılar onurğada ciddi problemlər yaradır, zamanla bel və boyun yırtıqlarına səbəb olur. Bu baxımdan doğru yataq və yastıq seçimi bel, boyun sağlamlığı üçün əhəmiyyətlidir. Daha çox bədən tipinə uyğun, tam ortopedik ya da yarı ortopedik yataqlar seçilməlidir. Xüsusilə başın yatağa və yerə paralel olmasını təmin edən, çiyin-boyun boşluğunu tam dolduran, orta sərtlikdə yastıqlardan istifadə edilməlidir.
Yataq və yastıq seçiminin yanında yatış şəkli də əhəmiyyətlidir. Belə ki, arxa üstə və ya yan yatış mövqelərində yatarkən, zəif şəxslərdə bel problemləri çox olur. Həmin problemlər bel yırtığına səbəb olduğundan üz üstə yatmaq məsləhət deyil. Üz üstə mövqe xaricində başqa cür yata bilməyən və incə fiquraya malik olan kəslər qarnının altına uyğun bir yastıq qoya bilərlər.
Məlumata görə Türkiyədə bel və boyun yırtığından əziyyət çəkən xəstələr əllə müalicə (manipulyasiya) görürlər. Manipulyasiya metodu yüngül hadisələrdə 2-3, orta hadisələrdə 4-6, irəli hadisələrdə 8-10 seans sürür. Müalicələr 3-5 gün fasilələrlə tətbiq edildikdə bel və boyun bölgəsinə əllərlə gərmə, çevirmə və basdırma kimi texnikalar tətbiq olunur.
Manipulyasiya təxminən 98% xəstənin yaxşılaşmağını təmin edir.


Tarix: 08.01.2015 / 11:59 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Saglamliq