Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Psixoterapevt

Psixoterapiya - xəstənin psixikasına məqsədyönlü, planlı təsirdir. Onun məqsədi xəstənin bədənində gedən prosesləri onun sağalması üçün dəyişdirilməsidir. Psixoterapiya dərman terapiyası, cərrahi müdaxilə, müalicəvi idman, pəhriz qidalanma və s. yanaşı müalicəvi prosesin elementlərindən biridir. Sinir-psixi əsasda yaranmış xəstəliklərin müalicəsində əsas müalicə üsuludur, digər xəstəliklər zamanı isə yardımçı üsuldur. Mütəxəssislərin fikrincə, terapevtdən və digər həkimlərdən müalicə alan xəstələrin də psixoterapevtə ehtiyacı var. Ona görə də psixoterapiya həkim ixtisası içərisində ən geniş fəaliyyət göstərən həkim olmalıdır. Psixoterapiya həkim ixtisası kimi 1985-ci ildə təsdiq olunmuşdur: həkim-psixoterapevtlərin geniş miqyasda hazırlanması indiyə kimi qaydaya salınmamışdır, hətta iri şəhərlərdə psixoterapevtlər tək-tükdür. Qərbi Avropada onlar həkimlərin ümumi sayının 30 %-ni təşkil edir; ABŞ-da isə əhalinin həmin eyni sayına nisbətən psixoterapevtlər 50 dəfə çoxdurlar. Səhiyyə sistemində psixoterapevtlərin həddindən artıq aşağı səviyyədə olması, yəqin ki, əhalinin haradansa çıxan və stadionlarda, televizor ekranlarından çıxış edən psixoterapevtlərə meylləri bununla izah olunur.
Psixoterapevtlər xəstə ilə söhbət edərək, onlara xəstələnməsinin səbəblərini və orqanizmin müalicə prosesində rolunu başa salır. Çox vaxt bu xəstənin ya sağalmasına, ya da dərmanla müalicənin yaxşı nəticə verməsinə səbəb olur. Psixoterapevtin istifadə etdiyi üsullar özünətəlqin və hipnozdur.
Bu anlayışları ayırd edək. Özünətəlqin inandırmaqdan nə ilə seçilir? İnandırmaq praktiki olaraq qəbul oluna bilər. Siz əgər kimisə nəyə isə inandırmaq istəyirsinizsə, o ya sizin fikirlərinizə tənqidi yanaşacaqdır, ya sizinlə razılaşacaq, ya da öz fikrində qalacadır. Özünətəlqin isə tənqidi işləmə olmadan, inamla qəbul edilir. Fikri özünətəlqin və hipnoz bir-birinə yaxın anlayışlardır.
Özünətəlqin - ya xəstə hipnotik yuxuda olarkən, ya da ayıq vaxtı təsir etmək deməkdir. Hipnoz xəstəni süni, yeni hipnotik yuxuya vermək deməkdir. O, adi, təbii yuxudan seçilir. Təbii yuxu beyin qabığının yayılmış tormozlanmasıdır, nəticədə beyin qabığı xaricdən qıcığı qəbul etmir. Hipnotik yuxu vaxtı beyin qabığında tormozlanmamış sahə qalır, məşhur fizioloq N.P.Pavlov bu sahəyə qoruyucu sahə deyirdi. Bu sahənin köməyi ilə psixoterapevt xəstə ilə kontaktı davam edir, özünətəlqin üsulunu həyata keçirir. Bu üsulun obrazları hissləri qavramaq, hərəkət və s. vasitələr ola bilər.
Hipnoz seansı adətən yuxuya getmək üçün uyğun şəraitdə aparılır: sakitlik, yarıqaranlıq, komfortlu mikroiqlim, təmiz hava. Psixoterapevtin səsində zərif, monoton, sakit musiqi ola bilər. Monoton şəkilli ekranlardan istifadə etmək olar: mavi dəniz, yaşıl bitkilər və s. Yuxuya getmək ərəfəsində xəstəyə rahat oturmaq, sakitləşmək, əzələləri zəiflətmək, gündəlik qayğılardan uzaqlaşmaq təklif olunur. Xəstəyə bədəni tədricən bürüyən istilik hissi, yuxunun gəlməsi, nəhayət yuxu fikri yeridilir.
Hipnotik yuxuya getmiş xəstəyə gümrahlıq, sağlamlıq, ağrıların yox olması, xəstəliyə qalib gəlmək sahəsində inam, sağalmaq, zərərli adətlərdən imtina etmək kimi fikirlər yeridilir.
Psixoterapevtin uğuru bir çox faktorlardan asılıdır; xəstə həkimə inanmalıdır, əks təqdirdə heç bir hipnoz kömək etməyəcəkdir.

Özünətəlqinliyə asanlıqla məruz qalan xəstələrə qarşı ehtiyatlı olmaq lazımdır. Çünki belə kateqoriyalı insanlar zəif sinir sisteminə malik olurlar, adətən somnambulizmə meylli olurlar.
Somnambulizm - el arasında "qeyri-şüuru yuxuda gəzmək" adlanır. İnsan yuxuda etdiyi hərəkəti ayıq vaxtı xatırlamır. Məsələn, uşaq yatağında oturur, durur, geyinir, çantasını yığıb küçəyə çıxır. İstənilən anda o geri qayıdıb, ya soyunub, ya da paltarlı yatağına uzanıb yuxudan ayılana kimi yata bilər. Yaxud yatağında deyil, istənilən yerdə uzana bilər. Damda, kəndir üstündə gəzən xəstələr haqqında indiyə kimi söhbətlər gəzir. Əvvəl somnambulizm nadir hadisə hesab olunurdu. İndi isə psixoterapevtlərin fikrincə, əhalinin müxtəlif yaş qruplarının 10%-də somnambulizm aşkara çıxır. Lakin keçmişdə olduğu kimi somnambulizmə məruz qalan uşaqlardır.
Lakin hipnozu tamamilə zərərsiz prosedura hesab etmək olmaz. Digər insanın psixikasına təsir edə bilən hər bir kəs hipnozla məşğul ola bilməz. Hipnoz xəstəlik vəziyyətinin inkişafını yarada bilər. Bəzi xəstələrdə bu somnambulizmdir, digərlərində isə hipnoz qurtardıqdan sonra qalan hərəkətlər (özündən asılı olmayan və psixoterapevt tərəfindən yeridilməyən) və pozalar qalır.
Hipnozla pis fikirli insanın məşğul olması böyük təhlükə yaradır. Xəstə və ya sağlam adama hipnozla cinayət törətmək (oğurluq, adam öldürmək) fikri yeridilə bilər. Doğrudur, hipnotik yuxu zamanı psixi fəaliyyətin tormozlanması o dərəcədə dərin deyil ki, hipnozlaşmış şəxs öz əxlaq prinsiplərinin əksinə gedərək cinayət törətsin. Onun yuxulu vəziyyətdə olan canlı iradəsi təsirə cavab verəcək, isterik tutmalar nəticəsində cinayət baş verməyəcək. Lakin asanlıqla təsirə məruz qalan, zəif iradəli və möhkəm mənəvi aləmə malik olmayan şəxslərlə bu mümkündür. Ona görə Səhiyyə Nazirliyi hipnozçulara teatr, klub, stadionlarda çıxış etməsini qadağan etmişdi.

Psixoterapiyanın iki istiqaməti var: kliniki - xəstənin psixikasına müalicəvi məqsədlə təsir etməyi nəzərdə tutur və profilaktik - bu təsirləri xəstəliyin profilaktikası üçün istifadə etməyi nəzərdə tutur. Ona görə psixoterapevt xəstənin xəstəliyinin xarakterini və onun şəxsiyyətinin xüsusiyyətlərini nəzərə alaraq fikir yeritmək və hipnoz seansları aparır. Şəxsi xüsusiyyətləri oxşar olan və eyni planda fikir yeritməyə ehtiyacı olan şəxslər qruplarda birləşdirilir. Qruplar 6-12 və çox adamlardan ibarət olur. Bu zaman psixi təsirlər nəinki hipnozçu tərəfindən, hətta qrup üzvləri tərəfindən olur: kollektiv söhbətlər zamanı onlar bir-birinə daha yaxşı təsir edirlər.

Psixoterapevtlərin kütləvi auditoriyalarda, televizorda çıxışı hipnozu və fikir yeritməyi daha da asanlaşdırır.
Kütləvi auditoriyalarda çıxış edən psixoterapevtləri 2 qrupa bölmək olar. I qrup psixoterapiya üzrə hazırlıqlı, bu sahədə təcrübəsi olan həkim-mütəxəssislərdir. II qrup - tibbi təhsili olmayan, özü öyrənən şəxslərdir. I qrupun ən görkəmli nümayəndəsi 30-35 il iş stajı olan həkim-psixoterapevt A.V.Kaşpirovskidir.
O, 1989-cu ilin payızında Kiyevdə olarkən şöhrət qazandı. Kaşpirovski televizor vasitəsilə Tbilisidə cərrahiyyə əməliyyata aparmalı olan 2 qadın üzərində ağrısızlaşdırma aparmışdı. Ağrısızlaşdırma tam idi, belə ki, əməliyyat zamanı danışırdılar, hətta biri oxuyurdu. Onlar nəinki ağrı hiss etmirdilər, eləcə də heç bir xoşagəlməz hissiyyat yox idi. Əməliyyat bir neçə saat davam etdi, yaranın sağalması fəsadsız oldu. Televiziya əməliyyatı bütün ölkəyə translyasiya edilirdi. Gözəl nəticə Kaşpirovskiyə şöhrət qazandırdı. Onun qəbuluna düşmək çətin olduğu üçün televizor vasitəsilə çıxış etməyə başladı.
Lakin sonralar əməliyyat keçirmiş qadının biri sadəcə olaraq Kaşpirovskinin xahişini yerinə yetirdiyini və güclü ağrı hiss etdiyini demişdi. Guya o, ağrıdan əlləri ilə nədən gəldi yapışırdı. Televizorda onun barmaqları görünmürdü. 2-ci qadın isə ağrı hiss etmədiyini demişdi. Alimlər isə hesab edirdilər ki, qarında 45 sm uzunluğunda kəsiyi olmuş və daxili üzvlərdə uzun sürən əməliyyat aparılan insan, ağrısızlaşdırma aparılmadan nəinki sakitliyini saxlaya bilər, hətta ağrıdan şok vəziyyətinə düşə bilər.
Bununla belə televiziya seansları davam edirdi. Təşəkkür və təəccüb doğuran insanların zəngləri, maraqları, məktubları kəsilmirdi, televizor 60 mindən çox rəy almışdı. İnsanlar ilk seansdan sonra baş ağrılarının, sinirlərdə, onurğa beynində oynaqlarda ağrıların kəsildiyini, yaraların tez sağaldığını, gecə sidiyin saxlamamağın bərpa olunmasını qeyd edirdilər. Oynaqlarda hərəkət bərpa olunurdu, arterial təzyiq normaya düşürdü, stenokardiya tutmaları azalırdı və s. Qeyri-adi hadisələr baş verirdi: tamamilə keçəlləşmiş qızın başına tük gəlirdi, bir çox xəstələrdə çapıqlar itirdi, ağ saçlar qaralırdı. Bu hallarda Kaşpirovski psixikaya təsir etmirdi. Bəs bu nə idi?
Kaşpirovskinin seansının öz xüsusiyyətləri var idi: bunun üçün kabinetə getmək lazım deyildi. Adi "sakitləşin", "siz yatırsınız" sözləri əvəzinə Kaşpirovski dinləyici ilə söhbət edirdi, onlar üçün sağalmış şəxslərin məktublarını oxuyur. Çox vaxt məktub müəlliflərini studiyaya dəvət edib, öz xəstəliyi haqqında danışmağı xahiş edirdi.
Lakin tezliklə onun televizordakı çıxışlarından sonra həyəcanlı siqnallar gəlməyə başladı. Bəzi ürək qan-damar və əsəb-psixi xəstəliyi olan şəxslərin vəziyyəti pisləşdi, yuxuları pozuldu. Xüsusilə bəzi uşaqların vəziyyəti seans vaxtı dəyişilirdi: onlar ya yatırdı, ya birdən başlarını fırlatmağa başlayırdılar, ya əllərini qaldırırdılar, ya da ki qeyri-adi vəziyyət alırdılar və seansdan sonra onları bu vəziyyətdən çıxarmaq üçün xüsusi yardım lazım olurdu. Statistik məlumatlar da meydana gəlir: seansdan sonrakı gecə "təcili yardım" çağırışı çoxalırdı. Buna görə Kaşpirovskinin və digər psixoterapevtlərin televizorda çıxışı qadağan olundu. Kaşpirovski psixoterapevt kimi, yoxsa başqa cür təsir edirdi? Bu məlum deyildi.
İnsanın həyat fəaliyyətinin əsasında eyni zamanda hər bir canlı orqanizmdə də psixikaya tabe olmayan şüurun iştirakı olmadan bioloji özünün tənzimləmə prosesləri gedir. Bu proseslər bütün həyat fəaliyyəti proseslərinin normal getməsi, dəyişmiş ətraf mühit şəraitinə uyğunlaşması, sağlamlıq vəziyyətinin saxlanılması üçün orqanizmin üzvlərinin, toxumalarının, hüceyrələrinin qarşılıqlı münasibətini təmin edir. Xəstəlik zamanı bu özünütənzimləmə prosesi pozulur. Xəstəliyi müalicə etmək üçün bioloji özünü tənzimləməni bərpa etmək lazımdır; onda orqanizm xəstəliklə bacara biləcək.
Psixi proseslər gedən beyin qabığı bioloji özünü tənzimləməyə təsir etmir. Onun tənzimləyici mərkəzləri qabıqaltı mərkəzlərdə yerləşir, bu da psixika ilə tənzimlənir. Öz dinləyiciləri ilə söhbət edən Kaşpirovski öz müvəffəqiyyətlərini nümayiş etdirərək, onların inamını qazanır; digər tərəfdən - onların psixikasını yayındırır, bu da ona dinləyicilər üçün nəzərəçarpmadan qabıqaltına siqnal verərək, onun köməkliyi ilə bioloji özünü tənzimləməyə təsir edir, onu normallaşdırır, onun dediyinə görə "sağlamlığa inam" verir. Dəfələrlə olmuşdur ki, xəstə öz şikayətlərini axıra qədər deməmiş, Kaşpirovski "siz artıq sağlamsınız" deyirdi, başqa sözlə o xəstəyə "sağlamlığa inam" verirdi və xəstə özünü yaxşı hiss edirdi.
Qabıqaltı mərkəzlərə "sağlamlığa inam" verən Kaşpirovskinin onlara təsir mexanizmi necədir? Burada onu digər ekstrasenslərə yaxınlaşdıran nə isə var. Kaşpirovski özü isə deyir ki, o hər bir ekstrasensin etdiyini edə bilər, lakin onlar onun etdiyini edə bilməzlər.
Kaşpirovskinin xəstələrinin böyük qisminə müasir tibbin edə bilməyəcəyi köməyi göstərə bilər, bu faktdır. Eləcə də bir çox xəstələr var ki, o onları istəsə də müalicə edə bilməz. Kaşpirovskinin seansından sonra bir çox xəstələrin vəziyyətlərinin pisləşmələrinin 2 aydınlaşdırma yolu var. Hər şeydən əvvəl, vəziyyətin pisləşməsi təsadüfi olaraq seansla bir vaxta düşə bilərdi. Digər aydınlaşma yolu - Kaşpirovskinin seansı hipnotik seans deyil, o dinləyiciləri yatmağa məcbur etmir. Lakin bəzi dinləyicilər əvvəlcədən vəziyyətlərində dəyişiklik olacağına hazır olduqları üçün seansı hipnotik kimi qəbul edirlər. Hipnoz isə laqeyd prosedura deyil. Seans vaxtı yuxuya getmək, cürbəcür vəziyyət və hərəkətlərin meydana çıxması - bunlar Kaşpirovskinin dinləyicilərinin psixikasına hipnotik təsiridir.
Buradan belə nəticə çıxarmaq olar: sizin köməyə ehtiyacınız varsa, bu köməyi tibb idarəsində ala bilmirsinizsə və Kaşpirovskinin qəbuluna düşmək imkanınız varsa, bundan istifadə edin. Kütləvi seanslarda fərdi münasibət görmürsünüzsə, siz burada yardım ala bilərsiniz. Televizor vasitəsilə kütləvi seanslara qarşı isə biz etiraz edirik. Biz Kaşpirovskinin və digər psixoterapevtlərin çıxışlarına qulaq asmağı, televizor vasitəsilə baxmağı və uşaqların televizora yaxın getməyini məsləhət görmürük.
Bu yaxın keçmişdə Sovet İttifaqının keçmiş Səhiyyə Nazirindən məsləhət görməyi xahiş etdik: tibb şarlatanlarının əllərinə necə düşməyək? Səhhətimizə və pulumuza heyfimiz gəlir. Söhbət nənələr, digər çumaklardan, kaşpirovskilərdən getmir. Şarlatanlar tibdən möhkəm yapışıblar. Bu başqasının bədbəxtliyi üzərindəki biznesdir. Onlara qarşı zəhəri dəf etməyi vasitə varmı? O cavab verdi - "şarlatan" həkimlər çoxalıb. Bu aydındır: bazar. Sağlamlıq illüziyasını hər bir mal kimi alıb-satmaq olar.
Satırlar da! İki mütəxəssis insana yaxındır - keşiş və həkim. Birinə ruh, digərinə bədən aiddir. Fransız yazıçısı Andre Morua demişdir:
"Kimyaçı və fizikin işləməsi ilə rəhmdilli olmaq lazım deyil. Həkim isə bunsuz keçinməz".
Rəhmdillilik şarlatanlıq və qazancla bir yerə uyuşmaz. Həkimin gözlərinə baxın, onlar reseptdən çox şey deyə bilər. Əgər həkim ilk növbədə puldan danışırsa, ona inanmaq olmaz. Tibbi təhsili olmayan psixoterapevtlər qısa deyək: onlar adətən fikir yeritmək qabiliyyətinə malik olurlar; çox vaxt diplomlu həkimdən çox bilirlər. Lakin bu üsulları bilmək azdır; xəstənin psixikasına olan təsirə qarşı xəstənin nə qədər həssas olduğunu bilmək lazımdır; xəstənin nə ilə xəstələndiyini, onun xəstələnmə səbəblərini bilmək lazımdır - bu sahədə psixoterapevtin (həkim olmayan) biliyi yoxdur. Ona müraciət etdikdə nəinki sağalmağa şübhə yarana bilər, hətta pis nəticəyə gəlmək haqqında təsəvvür yarana bilər.
Bu cür psixoterapevtlərin çoxlu dinləyicisi olan zallarda, televizorda çıxış etməsi çox pisdir. Sizin fikrinizi A.V.Çumakın çıxışında cəmləşdirmək istəmirəm: onun suyu, müxtəlif əşyaları özündən və ya şəklindən gələn "bioloji enerjisi ilə qidalandırması" ciddi qəbul edilə bilməz. Burada özünü aldatmağın harada qurtardığı və şarlatanlığın haradan başladığı məlum deyil. Amma A.V.Çumak heç birinə kömək etmədi, heç kimə də zərəri də dəymədi. Y.Tarasovla isə iş tamamilə başqa cürdür.
Onun kütlə qarşısında çıxışı haqqında danışırdılar. Hər şeydən əvvəl o çıxış edən binanın yanında təcili yardım maşını gözləyirdi. Maşının pulunu o özü verirdi, çünki bilirdi ki, o çıxış edərkən, zalda kiminsə halı pisləşəcək. Onun çıxışı özünü reklam idi, o özünü "cadugərlərin 4-cü nəsli" adlandırırdı, möcüzə yaratmağı ulu babalarından öyrəndiyini deyirdi. Onun çıxışı kəskin işıq və səs effektləri ilə aparılırdı. Hipnozun tətbiqi üçün zala bütün arzu edən şəxslər dəvət olunurdular, lakin seçilmiş, hazırlaşmış adamlar hipnozu nümayiş edirdilər. Təcili yardım briqadası seans vaxtı halı pisləşmiş şəxslərə yardımı çatdıra bilmirdi: kəskin əsəb-psixi oyanıqlıq, məcburi pozalar, özündən asılı olmayan hərəkətlər meydana çıxırdı. Bəziləri dərin yuxuya gedirdilər, qonşular onları oyada bilmirdilər və s. Seansdan sonrakı gecə "təcili yardım"a zənglər çoxalırdı. Bir sözlə, belə psixoterapevtlərdən uzaq olmaq daha yaxşıdır, əgər onlar tibb müəssisəsində işləyirlərsə, onların fəaliyyəti həkim-mütəxəssislərin nəzarəti altında olur.
Psixoterapiyanın formalarından biri fikri özünə yeritməkdir; insan ya həkim-psixoterapevtin, ya idman mütəxəssisinin rəhbərliyi ilə, ya da sadəcə olaraq jurnallardakı, elmi əsərlərdəki məqalələrin əsasında fikir yeritməyin sağlamlığı möhkəmlədən, xəstəliklərin qarşısını alan faktor kimi öz həyatına daxil edərək, sərbəst olaraq sistematik hərəkətləri yerinə yetirir. Fikir yeritməyin formalarından biri - autogen məşq və ya autotreninqdir. O əhalinin müxtəlif təbəqələri arasında (cavan, yaşlı, qadın, kişi) geniş yayılmışdır.
Autogen məşqin əsas məqsədi əzələlərin tam boşalmasını əldə etməkdir. Uzun sürən çalışmalardan sonra bədənin boşalmasını - əvvəl hissə-hissə, sonra hamısını birgə - öyrənmək lazımdır. Əlbəttə, bunu təcrübəli psixoterapevt və məşqçinin rəhbərliyi altında etmək məqsədə uyğundur.
Əzələlərin tam boşalmasının (relaksasiya) əldə edilməsi orqanizm üçün çox faydalıdır; bu orqanizmə lazım olan istirahətdir, xüsusən həyat ritminin və əsəb sistemi üzərində yükün artdığı bir şəraitdə baş verdikdə nəzərə çarpır. Məşğələlər havası təmiz, qapısı bağlı olan otaqda aparılır. Məşq edən şəxsə heç kim mane olmamalıdır, məşq oturaq və uzanmış vəziyyətdə aparılmalıdır. Məşğələlər xüsusi işlənib hazırlanmış söz formulların daxilində deyilməsi ilə müşayiət olunur: məsələn, "Mənim sağ əlim getdikcə ağırlaşır", yaxud "Mənim sol əlim sağa nisbətən çox istilənir" və s.
Özündə əzələlərin tam boşalmasına nail olmağı mütəxəssislər autogen məşqin I mərhələsi sayırlar. Sonrakı etap - qan damarlarının divarında gərginliyi dəyişməklə əl və ayaqlarda istilik hissini yaratmaqdır. Üçüncü etap - ürək ritmlərini dəyişməyi bacarmaq, sonra - tənəffüsün dərinliyi və ritminin tənzimlənməsinə nail olmaq, qarın nahiyəsində istilik hissini yaratmağı bacarmaq, başın qan damarlarının gərginliyini tənzimləməyi bacarmalıdır. Bütün bunlar - insanın orqanizmində təsirlərə tabe olmayan daxili həyatın psixikasına idarə etməyi öyrənmək - son illərin kəşfi deyil. Bu sənət, Hindistanda tətbiq olunmuşdur; 3 minillik tarixi olan yoq elminin əsaslarından biridir. Yüksək ixtisaslı yoqlar istədikdə bir ciyərlə nəfəs alıb, digərini sakit vəziyyətdə saxlayırlar, istədikdə ürəyin fəaliyyətini bir an dayandırıb yenidən işə sala bilərlər. Bunlar insana lazımdırmı? Mən buna əmin deyiləm, hesab edirəm ki, bizim əksəriyyətimiz üçün əllərin əzələlərinin boşalmasına nail olmaq kifayətdir.
Lakin həkim-psixoterapevt Xasay Əliyev hesab edir ki, qısa müddətdə gedən məşğələlərin vasitəsi ilə insanlar öz orqanizminin daxili həyatını idarə etməkdə gözəl nəticələr əldə edə bilərlər. İdarə olunan özünü tənzimləmə - o öz pasiyentlərinə bunu öyrədir. Qeyd edək ki, burada Kaşpirovskinin etdiyi ilə bəzi analogiya var; o pasiyentlərin bioloji özünü tənzimləməsinə xaricdən təsir edir, Əliyev isə bu tənzimləməyə pasiyentin özünün təsir etməyini öyrədir və onu idarə olunan tənzimləməyə çevirir.
Əliyevin və onun işini müşahidə edən çoxsaylı alimlərin, rəhbərlərin, həkimlərin dedikləri və onun öyrətdiyi sağlam və xəstə pasiyentlərin özünü aparmağı bir daha sübut edir ki, öyrənmiş şəxslər bir xeyirli biliklər əldə edirlər. Onlar iş yerindən ayrılmadan tez və effektiv yorğunluq hissini yox edərək, öz qüvvələrini bərpa edə bilirlər; özlərini fəaliyyətin növbəti dəyişməsinə hazırlaya bilirlər; mənfi emosiyaların yükünü dəyişib, yaxşı əhvali-ruhiyyə və gümrahlığı bərpa edə bilirlər, onlar nəinki ağrı hisslərinin başlandığı anda, hətta qarşıda olan cərrahiyyə əməliyyatından və ya diş həkiminin qəbulundan əvvəl ağrı hissini aradan götürməyi bacarırlar; təhsil prosesi zamanı yeni materialın qavranılmasının asanlaşdırılması, bir sözlə, idarə olunan özünü tənzimləmənin üsullarını dərk edən insan "yeni yaşayış tərzinə" imkan əldə etmiş olur.
Əliyevin keçirdiyi özünü tənzimləmənin idarə olunmasının öyrənilməsi prosesində təhsil alan şəxsləri yüngül hipnoz vəziyyətinə salmaq əsas məna kəsb edir; bu vəziyyətdə müəyyən söz formullarının kökləri ilə həyata keçən fikir yeritmək üsulu onların yaddaşında yaxşı həkk olunur. Biz "dozalaşmış" adlandırdığımız qısa müddətli, dərin olmayan "öz-özünü hipnoz etmə" metodikasını qəbul edirik. Sonra şərait bunu tələb etdikdə, "öz-özünü hipnozlaşdırır" və həmin söz formullarının köməyilə özünə tələb olunan vəziyyəti beyninə yeridir.
Əliyevin tətbiq etdiyi üsulları metodikasını qısaca işıqlandırmaq olmaz; lakin bu metodika o qədər effektli və maraqlıdır ki, oxuculara Əliyevin "Özünə açar" (Moskva, 1980) kitabını oxumağı məsləhət görürük. Əlavə edək ki, X.Əliyevi kosmonavtları hazırlıq mərkəzinə, iri sənaye müəssisələrinə məşğələlər keçirməyə dəvət etmişlər. Hər dəfə məşğələdə iştirak edənlərdə iş qabiliyyətini kəskin artırması müşahidə edilmişdir.


Tarix: 10.01.2013 / 13:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1240 Bölmə: Saglamliq
loading...