beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eşq həqiqətən də yaralayır

Məlumata görə uğursuz məhəbbət zamanı 'eşq hormonu' oksitosinin yaddaşa pis təsir etdiyi, qorxu hallarını və narahatlığı artırdığı bildirilir.
İngiltərədə edilən bir araşdırmada 'eşq hormonu' olaraq bilinən oksitosinin qarşı tərəfə romantik bağlanma duyğusuna səbəb olduğu üzə çıxıb.
Oksitosin qadınlarda bağlanma motivlərini hərəkətə keçirir. Qadının yaxşı bir əlaqə içində olması partnyora güvənməsi, onunla maraqlanması və ondan maraq görməsi, dəstək, şəfqət hiss etməsi oksitosinin səviyyəsini artırır.
Ancaq Northwestern Medicine tərəfindən edilən və Nature Neuroscience jurnalında dərc olunan araşdırmada xoşbəxtlik hormonunun ayrıca uzun sürən ağrılarla da əlaqəsinin olduğu görülüb. Araşdırma, hormonun bir funksiyasının beyinin spesifik bir bölgəsində ictimai yaddaşı gücləndirdiyi bildirilir.
Əgər kədərli və ya ağrılı bir təcrübə olsa oksitosinin yaddaşı sıxlaşdıran beynin bir hissəsi aktiv hala gətirdiyini göstərir.
Yəni eşq sevinci gətirən eyni hormon, uzun illər sürən kədərli çətinliklərin arxasında dayanır.
Araşdırmaya liderlik edən Yelena Radulovic ictimai məzmuna bağlı olaraq, dincliyi inkişaf etdirən oksitosinin müalicəsindən danışıb.


Tarix: 08.01.2015 / 17:40 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Maraqlı Məlumatlar