beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təxminən iki ilə 3 şəxsdən bir uşaq əmələ gəlməsi real olacaq

Xarici mətbuatın yaydığı məlumata istinadən bildirilir ki, elmi texnologiya təxminən iki il müdətində üç nəfərdən bir uşaq əmələ gətirməyə hazır olacaq.
Britaniyada həyata keçirilən elmi araşdırmanın nəticələri bunu deməyə əsas verir.
Bir kişi və iki qadının genetik materialından istifadə etməklə həyata keçiriləcək proses ölümcül mitoxondrial xəstəliklərin qarşısını almaq üçün istifadə ediləcək.
Britaniyanın doğumlara nəzarət edən qurumu bildirib ki, prosesin təhlükəli olacağına dair heç bir sübut yoxdur, lakin həddən artıq diqqətli olmaq lazımdır.
Xəstəlik bədənin hər bir hüceyrəsində mitoxondri adlanan kiçik stansiyaların zədələnməsi nəticəsində əmələ gəlir.
6,500 uşaqdan biri kəskin mitoxondri xəstəliyi ilə doğulur. Bu, əzələlərin zəifləməsinə, korluğa, ürək çatışmamazlığına və hətta ölümə səbəb olur.
Mitoxondri sadəcə anadan uşağa keçir.
Tibbi Tədqiqatlar Şurasından olan Prof Robin Lovell-Badge və elmi panelin üzvləri bildirib ki: "Hazırda hər şey qaydasında gedir, lakin bizi nə gözləyəcəyinə əmin deyilik, buna görə də diqqətli olmağa çalışırıq."
Mitoxondri xüsusi kiçik DNT dəstinə malikdir, beləliklə əmələ gələn bütün uşaqlar hər üç şəxsin genetik məlumatını daşıyacaq.
Bəzi təşviqat qrupları isə bununla bağlı öz narahatlığını ifadə ediblər.
Britaniya hökuməti isə öz növbəsində üç nəfərlik uşaq ideyasını dəstəkləyir. Baş həkim Prof Dame Sally Davies keçən il deyib: "Bu həyat xilas edən müalicə üsulunun mümkün qədər tez tətbiq edilməsi doğru olardı."


Tarix: 08.01.2015 / 16:10 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqlı Məlumatlar