beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maariflənmə piylənməni azaltmağa kömək edir

Məlumata görə təhsilsiz və ya gəlir səviyyəsi aşağı olan insanlarda daha çox piylənməyə meyillilik müşahidə edilib.
Sağlamlıq mövzuları ilə əlaqədar görülən maariflənmə işləri isə piylənmə xəstəliyini əhəmiyyətli ölçüdə azaldırmış.
Vaşinqtondan verilən xəbərə görə yüksək gəlirli ölkələrdə təhsil artdıqca əhalinin təhsil səviyyəsi və gəliri artır.
Maariflənmə nəticəsində bir çox insan piylənmə xəstəliklərinə səbəb olan faktorlardan uzaqlaşır və düzgün həyat tərzinə yiyələnir, öz bədənini gözəl görkəmə salır.
London Universitetindən Dr. Amina orta gəlirli ölkələrdən Misir, İordaniya və Kolumbiya ilə aşağı gəlirli ölkələrdən Nigeriya, Hindistan və Benin araşdırıb.
Bu ölkələrin ortaq xüsusiyyətlərini və gəlir səviyyəsini nəzərə alaraq bildirib ki, qadınların bir çoxu "enerji yüklü qidalardan" istifadə etməklə yüksək kalorili yeməklərə üstünlük verir. Bu qidalarda yüksək miqdarda şəkər, duz və yağ olduğundan bu da onların çəki almasına səbəb olur.
Həmçinin araşdırmada, orta və az gəlirli ölkələrdə yüksək gəlir səviyyəsinin qadınlarda piylənmə riskini artırdığı bildirilir.
Tədqiqatda təhsil səviyyəsi yüksək olanların sağlamlıq mövzularına daha şüurlu davrandığı və piylənmə xəstəliyinə tutulma riskinin azlıq təşkil etdiyi qeyd olunub.
Aşağı gəlirli ölkələrdə isə təhsil, gəlir səviyyəsi və sağlamlıq arasında əlaqənin fərqli olduğu bildirilir. Mütəxəssislər bunu, keçmişdə iqtisadi problemlər yaşayan ölkələrdə, fast food kimi yüksək kalorili qidaların məhdud miqdarda tapılması ilə əlaqələndirir.
Tədqiqatçının sözlərinə görə təhsil, sağlamlıqsız qida seçimlərinə qarşı yaxşı bir müdafiə sistemi yaradır.
London Universitetinin apardığı tədqiqat "PLoS ONE" jurnalında dərc olunub.


Tarix: 08.01.2015 / 16:21 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Maraqlı Məlumatlar