beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Endorfinin yaranmasına günəş şüaları təsir göstərir

Alimlər günəş vannalarına aludəçiliyin zərərli ola bilməsini istisna etmirlər. Onların fikrincə, günəş vannalarından xoşlanmaq alışqanlığa çevrilə bilər.
Harvard Tibb İnstitutu alimlərinin araşdırmaları göstərib ki, günəş şüaları insan orqanizmində (onu "sevinc hormon"-u da adlandırırlar) endorfin maddəsinin yaranmasına səbəb olur.
Elmi jurnalların birində dərc olunmuş məqalədə deyilir ki, günəş şüaları sınaq siçanlarının orqanizmində xoş duyğularla bağlı hormonların istehsalına səbəb olur.
Bundan əvvəl belə ehtimallar da irəli sürülürdü ki, insanlarda ultrabənövşəyi şüalanma aludəçiliyi yarana bilir. Günəş vannası salonlarına gedən hər üç tələbədən birində alüdəçilik əlamətləti qeydə alınıb. Massaçussets xəstəxanası və Harvard İnstitunun birgə apardığı tədqiqatdan məqsəd belə bir aludəçiliyin yaranma mexanizmini araşdırıblar. Analizlər göstərib ki, ultrabənövşəyi şüalanma dəridə proopiomleanokortin adlı zülalın istehsalına səbəb olur. Bu maddənin tərkibinə bədənin qaralmasını təmin edən melanin piqmenti endorfinlər qrupu daxildir. Endorfin maddəsi adətən beyində istehsal olunur və ləzzət alma mərkəzini idarə edir.
Bu maddələr orqanizmdə adətən heroin və morfinin təsir göstərdiyi sistemləri təsirləndirir.
Massaçussets xəstəxanasından doktor David Fisher bildirir ki, günəşə can atmanın mexanizminin mövcudluğu şübhə doğurmur və bu, görünür orqanizmdəki D vitamininin miqdarı ilə bağlıdır.
Məlumatda oda bildirilir ki, bir sıra alimlər alınmış nəticələrdən razı qalmayıblar.


Tarix: 08.01.2015 / 16:09 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Maraqlı Məlumatlar