beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alimlər tez arıqlamaq üçün inyeksiya hazırlayıblar

Məlumata görə Avropanın bir qrup alimi artıq çəkidən xilas olmaq istəyənlərə kömək göstərəcək qeyri-adi preparat hazırlayıblar.
Preparatın əsasını “iştah hormonu” adlandırılan liraqlutid təşkil edir. Onun köməyi ilə orqanizmin guya doyması effekti yaranır.
"The Telegraph" qəzeti yazır ki, preparat artıq bu il satışda olacaq.
İki ölçü arıqlamaq üçün pasiyent gündə bir dəfə bu preparatın iynəsini vurdurmalıdır.
Eksperimentin nəticələri göstərib ki, hər gün səhər yeməyinədək liraqlutid iynəsi vurulmuş qadınlar il ərzində 8,6 kiloqram arıqlayıblar.
Bu hormon nəinki doyma hissi yaradır, həmçinin şəkərin artma riskini azaldır, qan təzyiqini aşağı salır və hətta Altsheymer xəstəliyinin inkişafının qarşısını alır.
Liraqlutid istehsalı ilə "Novo Nordisk" şirkəti məşğul olur. O, şəkər xəstəliyinin müalicəsi vasitəsi kimi istifadə edilir.
Görünür, tezliklə ondan arıqlama vasitəsi kimi də daha geniş istifadə olunacaq.


Tarix: 08.01.2015 / 16:10 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Maraqlı Məlumatlar