Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Solaxaylar

•Hər kəs bilir ki, Aya ilk ayaq basan Neil Armstronq olub. Ancaq çox az adam bilir ki, o, Aya ilk addımını sol ayağı ilə atıb.
•1992-ci ildə ABŞ-da prezident seçkilərindəki bütün namizədlər solaxay olub: Bill Klinton, Ross Perot və Corc Buş.
•Bob Çarlz 1963-cü ildə Böyük Britaniya qolf çempionatını qazanan ilk solaxay qolfçu olub.
•ABŞ-ın ilk solaxay prezidenti olmuş Ceyms Qarfild, həm də ambidekst (hər iki əli ilə yazmağı bacaran) olub. O, bir əli ilə latın, digər əli ilə isə yunanca yaza bilirdi.
•Solaxay Leonardo Da Vinçi bütün yazılarını sağdan sola yazıb. Məhz bu səbəbdən onun yazılarını yalnız güzgü ilə oxumaq mümkündür.
•Mikelancelo məşhur kilsə rəsmini iki əli ilə çəkib.


Tarix: 27.08.2012 / 09:43 Müəllif: Behlul Baxılıb: 633 Bölmə: Maraqlı Məlumatlar
loading...