beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gənc qalmaq üçün peyvənd kəşf edildi

Məlumata görə Harvard Universitetinin tədqiqatçıları canlını gəncləşdirən peyvənd hazırlayıblar.
Onlar təcrübələr zamanı siçanlardan istifadə ediblər. Siçan əzələlərini cavanlaşdırmaq üçün lazımi kimyəvi preparatlar tətbiq olunub.
İki yaşındakı siçanlara bir həftə boyunca 'gənclik dərmanı' verilməsinin ardından əzələlərdə cavanlaşma müşahidə olunub. Həmin siçan əzələlərində olan mitoxondrinin işləməsi, əzələ israfı, iltihab və insulin müqaviməti baxımından altı aylıq siçanlar kimi görünüblər. Əzələlərdə görülən dəyişmənin insanlarda olacağı bildirilir.
Bunun sayəsində 60 yaşındakı insan əzələləri 20 yaşındakı kimi olacaq.
Təcrübənin istiqamətləndiyi NAD (nikotinamid adenin dinukleotid) adlı kimyəvi maddə hüceyrələrdəki səviyyəsini zamanla sala bilər.
Bu baxımdan NAD səviyyəsinin artırılması vacib hesab olunur. Bununla da orqanizmin bəzi hissələri qocalıqdan cavanlığa doğru dəyişir.
Məlumatda oda bildirilir ki, təcrübə zamanı əzələ qüvvətində istənilən səviyyədə nəticə alınmayıb.
Lakin, Harvard Tibb Fakültəsindən Ana Gomes, daha uzun və davamlı müalicənin ardından əzələ gücünün lazımi səviyyədə olacağına inanır.


Tarix: 08.01.2015 / 16:29 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqlı Məlumatlar