beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AĞIZLA NƏFƏS ALMAYIN

Bəlkə də ağız və diş sağlamlığı problemlərinizin səbəbi burnunuz yerinə ağızınızdan daha çox nəfəs almanızdır.
Nəfəs alarkən daha çox burunla almaq lazımdır. Bu ağız və diş sağlamlığınız başda olmaqla səhhətinizdə müxtəlif problemlərlə müşahidə olunar.
Ortodont həkimlər mövzu ilə əlaqədar əhəmiyyətli nöqtələrdən danışıblar. Sağlam şəxslərdə tənəffüs burunda başlayır.
Lakin nəfəs alıb-verməyə maneə törədən bir problem varsa tənəffüs qismən ya da tamamilə ağızdan edilir.
Bu əslində meydana gələcək bir sıra kiçik problemlərdən xəbər verir.



Ağızdan alınan tənəffüsün səbəbləri bunlardır;


1) Badamcıq və ya genik ət böyüməsi 46%
2) Allergiya və alerqik burun tıxanıqlığı 17%
3) Burunun içindəki sümüklərin sağa ya da sola əyik olması 14%
4) Burunun içindəki boşluqların mukoza ilə örtülü olması
5) Burun dəliklərinin normadan kiçik olması
6) Yuxu əsnasında tənəffüsün dayanması və sıçrayaraq oyanma

Dil normalda damaq qübbəsini dayanması lazım olarkən tıxanmış vəziyyətində alt dişlərin arxasına doğru enər, bu vəziyyət uzun müddət davam etdiyində damaq inkişafı normadan geri qalır və olması lazım olan genişliyə çata bilməz.
Fərqli səbəblərlə həyatının xüsusilə erkən bir dövründə müəyyən bir müddət ağız tənəffüsü etmiş və ya hələ də etməkdə olan şəxslərdə görülə bilən xüsusiyyətlərdən bəziləri bunlardır;

1) Uzun bir üz
2) İstirahət halında belə açıq bir ağız
3) Bağlanmayan və ya çətin bağlanan dodaqlar
4) Bəzi hərflərin tələffüzündə fərqlilik
5) Gülümsəmədə həddindən artıq görünən diş ətləri
6) Udqunmada ağız ətrafındakı əzələlərin büzülməsi
7) Gözaltlarında çuxurluq və bənövşəyilik, göz xarici kənarlarının aşağıya doğru çəkilmiş kimi dayanması

Ağız tənəffüsünün ağızda yaratdığı bəzi problemlər isə belə sıralana bilər;

1) Üst çənədə tək və ya cüt tərəfli darlıq
2) Azı dişlərində aşağı sallanma
3) Ön dişlərin qapanmaması
4) Alt çənənin irəli gəlməsi
5) Pis ağız gigiyenası və xüsusilə ön bölgədə diş əti problemləri.

İnsanlarda üz inkişafının 60%-i 4 yaşına qədər vaxtda meydana gəlir. Ağız tənəffüsü vərdişinin erkən və doğru diaqnoz edilməsi və xəstənin doğru istiqamətləndirilməsi problemlərinin meydana gəlməsinin maneə törədəcəyini və fərdlərin həyat keyfiyyətinə müsbət istiqamətdə təsir edəcəyindən ağız tənəffüsü edən fərdlərdə 50% nisbətində görülən böyük genik əti və badamcıqların 4 yaş ətrafında alınması uyğundur


Tarix: 09.01.2013 / 22:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 657 Bölmə: Maraqlı Məlumatlar