Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Maraqlı MəlumatlarZəli hətta ölmüş sinir hüceyrələrini bərpa edir

Qara, sürüşkən, qurdabənzər və qanla qidalanan zəlilərdən çox vaxt iyrənirik. Halbuki bu "təbiət həkimləri" bəzən insanların elə orqanlarını sağaldırlar ki, həkimlərin özü belə bunu bacarmır. Xoşagəlməz təsir bağışlasa da, müasir dövrdə zəli insanların bir çox dərdinin dərmanına çevrilmişdir.
Qeyd edək ki, zəli 1984-cü ildən "Qırmızı Kitab"-a daxil edilmişdir. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Dünyada zəlinin 400-ə qədər, Azərbaycan da isə 17 növü var ki, bunun ancaq üçü (Şərq zəlisi, aptek zəlisi, tibb zəlisi) tibdə istifadə edilir. Bütün dünyada zəlinin ən yaxşı növlərindən biri - Şərq zəlisi Azərbaycandadır. Zəlinin insan və başqa canlılar üçün Ardı »

Maraqlı MəlumatlarYumruqları sıxmaq - yaddaşa kömək edə bilər

Sadəcə yumruqları sıxmaq - yaddaşa kömək edə bilər, yeni tədqiqatın nəticələri göstərir.

Sağ əli 90 saniyə ərzində sıxmaq yaddaşı formalaşdırmağa kömək edir. Eyni hərəkəti sol əllə etmək isə yada salmağı yaxşılaşdırır, ABŞ psixoloqları deyirlər.
Sınaqda iştirak edən 50 adam yumruq sıxmaqla uzun siyahıdakı sözləri daha yaxşı yadda saxlayıb.

Tədqiqatçılara rəhbərlik edən alim, Nyu Cersidə yerləşən Montclair Dövlət Universitetindən Ruth Propper güman edir ki, sadə bədən hərəkətləri vasitəsilə beyinin necə işlədiyini müvəqqəti dəyişərək, yaddaşı yaxşılaşdırmaq olar.

"Sağ əli - informasiyanı öyrənəndən dərhal öncə sıxmaq, sol əli isə informasiyanı xatırlamaqdan dərhal öncə sıxmaq, yaddaşı yaxşılaşdırmağa kömək edə bilər", Dr Popper BBC-ə deyib.

Tədqiqatçılar düşünürlər ki, yumruğu sıxmaq - Ardı »

Maraqlı MəlumatlarNar şirəsi qırmızı çaxırdan daha faydalıdır

Ən yaxşı antioksidləşdirici içki nar şirəsi seçilib.

O, nəinki azad radikallarla mübarizə edən qırmızı çaxır və yaşıl çaydan effektlidir, həmdə oqranizmi “pis” xolesterindən təmizləyən vasitədir.
Koliforniyanın tibb məktəbinin mütəxəssisləri bu nəticəyə gəlib.Onlar sübut etdilər ki nar şirəsi, qırmızı çaxırdan,yaşıl çaydan,portağal,üzüm və qaragilə şirələrindən 100 % effektlidir və orqanizmdə baş verən oksidləşmə proseslərini mühasirə edən vasitədir.Digər şirələrdən fərqli olaraq,nar şirəsində oksidləşmə potensialı 20 % çoxdur.
Nar şirəsi, C vitamini və tanin ilə zəngindir, xəstəliklərin inkişafını və müəyyən xərçəng formalarının qarşısını alır. Ardı »

Maraqlı MəlumatlarŞəfaya ehtiyacı olan xəstələrin musiqi ilə müalicəsi

Verilən məlumata görə Türkiyənin SAÜ Təhsil və Araşdırma Xəstəxanası Sakarya Cəmiyyəti Ruh Sağlamlığı Mərkəzində müalicə görən yaşları 18 ilə 60 arasında dəyişən 400-ə yaxın xəstə əl işləri və musiqi ilə müalicə edilir.
Burada tətbiq olunan müalicələr sayəsində xəstələr mükəmməl işlər çıxarır. Şəkil çəkirlər, əl işləri ilə məşğul olur, proqrama əsasən müəyyən günlərdə musiqi təhsili alırlar.
Həkim. Tolun, aparılan işlərdən xəstələr və xəstə yaxınlarının məmnun olduğunu ifadə edərək müalicələrin pulsuz həyata keçirdiyindən də bəhs edib. Onun sözlərindən aydın olur ki, onlar xəstələrin düzəlməsi üçün əllərindən gələni əsirgəmirlər. Onların ictimailəşməsi üçün nizamlı proqramlar da tərtib ediblər. Xəstələr haqqında onlar bu sözləri deyiblər: onlar Ardı »

Maraqlı MəlumatlarEpilepsiya xəstəliyi müalicə olunacaq

Danimarkanın N Aalborg Universitetində işləyən bir alim Epilepsiya böhranını əvvəldən təyin edəcək texnologiya hazırlayıb.

Danimarkanın N Alborg Universitetində işləyən bir araşdırmaçı alim Epilepsiya (qıcolma - red.) böhranını əvvəlcədən təyin edəcək texnologiya hazırlayıb. Boyunda olan "Vagus" sinirinə yerləşdiriləcək bir çip, yaxınlaşan böhranı 80 saniyə əvvəl təyin edib, xəbərdarlıq siqnalları ilə maneə törədir.

Bu barədə açıqlama verən araşdırmaçı Nico Rijkhoff, yaxın illərdə insanda sınanacaq texnologiyanın ürəyin iş prinsipinə uyğunlaşdığını və xəstələrin həyatını asanlaşdıracağını söyləyib. Ardı »

Maraqlı MəlumatlarBəzi xəstəliklər dırnaqlarda gizlidir

Əyri dırnaqlarda olan çuxurluq, girinti və çıxıntılar bəzi xəstəliklərə şərait yaradır.

Ağciyər, qaraciyər və qəlbinizlə bağlı hər hansı bir problem, əvvəlcə dırnaqlarda özünü göstərir.

Çox solğun, ya da ağ dırnaqlar, çox vaxt yaşlılığa görə meydana gələn zərərsız bir vəziyyətdir. Ancaq, çox ciddi xəstəliklərin əlaməti də ola bilər: anemiya, ürək çatışmazlığı və qaraciyər xəstəliyi.

Dırnağın səthi tamamilə ağdırsa diqqət edin. Qaraciyərlə bağlı ciddi bir problem ola bilər. Məsələn, Hepatit çıxa bilər. Bu şəkildə barmaqların da saralmış olduğu gözə çarpır. Bu da yenə qaraciyərdə bir problemin olduğunun başqa bir işarəsidir.

Saralmış dırnaq çox vaxt göbələk xəstəliyinin xəbərçisidir. Dırnaq qalınlaşmış, dırnaq yataqları daxilə doğru çəkilmiş və dırnaqlar parçalanmış Ardı »

Maraqlı MəlumatlarGecələryuxuda durub gəzmək kabusdur?

Dost-tanışlardan, yaxud elə
qohumlarınızdan kiminsə gecələr
yuxuda durub gəzməsi, bəzi
hallarda hətta müxtəlif işlər
görməsi barədə, yəqin,
eşitmisiniz.
Qəribədir, belə hallarla üzləşənlər
səhərisi gün gördüklərini həmin
şəxslərin boynuna qoya bilmirlər.
Bu yazımızda məhz gecələr
yuxuda durub gəzənlərdən
(lunatiklərdən - red.) bəhs
edəcəyik. Yəqin ki, bu mövzu
çoxlarına maraqlıdır. Araşdırmalar
göstərir ki, yuxuda durub
gəzənlərin sayı ilbəil artır,
xüsusən də uşaqlar arasında...
“Mənim başıma gəlməz” deməyin,
bir gün siz də qol saatınızı
soyuducuda tapa, yaxud bir gecə
uşağınızın yuxuda durub evi
dolaşdığını görə bilərsiniz...
Araşdırmalar göstərir ki, 4-15 yaş
arası uşaqların 25-30 faizində bu
hal müşahidə edilir. Adətən,
uşaqlar yatdıqdan 1-2 saat Ardı »

Maraqlı Məlumatlar9 aylıq əkizlər üzür

İngiltərədə dünyaya gələn 9 aylıq əkizlər William və Ellenita Trykush nə yeriyə nə dəki danışa bilirdilər.

Bu əkizlərin ailələri keçən aylarda Cənubi Kiprə etdikləri bir tətil əsnasında onların qeyri-adi qabiliyyətlərini üzə çıxarmışlar.

Kiçiklər suyun üzərində hər hansı bir şey olmadan üzməyə başlamışlar. İngiltərəyə döndüklərində anaları Charlotte Trykush körpələri bir körpə hovuzuna aparmışdır.

Onlar ikili bir anda kürək üstü üzməyə başlamışlar. Özü də köhnə bir üzmə müəllimi olan Charlotte Trykush, fikrini bildirərək deyib ki, "inanılmaz idi! onlar artıq ən dərin hovuzda belə etibarla üzürlər" deyir.

Körpələrin atası Victor Trykush isə indidən gözünü Olimpiadalara dikdiyini ifadə edərək, "Ümid edirəm 2028-ci ildə onlar yarışa vəsiqə qazanıb, qalib Ardı »