Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl görünmək üçün yuxu lazımdır

Məlumata görə yuxu insanın gözəl olmasına təsir edir. Tədqiqatlardan məlum olub ki, yaxşı istirahət edənlər və yuxu əksikliyi olmayanlar digərlərinə nisbətən daha cazibədar görünürlər.
İsveçrədə aparılan tədqiqatda könüllü iştirak edən 23 insan araşdırılıb. Məlumatda həmin şəxslərin normal yuxu saatları da təhlil olunub.
Daha sonra, normal yuxu yatan və yuxusuz qalan şəxslərin ümumi işləri qiymətləndirilib.
Müşahidəçilər yuxu saatı normal olan şəxslərin daha cazibədar, sağlam və gümrah olduqlarını bildiriblər.
Bu araşdırma hər gecə kifayət qədər yuxu yatmağın vacib olduğunu göstərir.
Araşdırmaçılar bu işin həkimlər üçün xəstələrindəki pis sağlamlıq vəziyyəti ilə bağlı olaraq əlavə və vizual bir dəlil meydana gətirəcəyindən ümidlidir.
Lakin gecəni-gündüzə qatıb, lüzumsuz işlərlə məşğul olmaq təkcə sağlamlığa deyil, eyni zamanda gözəlliyə də təsir edir.


Tarix: 08.01.2015 / 16:55 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Maraqlı Məlumatlar
loading...