Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qan yaradan vasitələr

Qaynanmış kələm suyu içmək damarları təmizləyir, mədənin turşuluğunu yatırır, lakin qəliz qan yaradır. Mədə iltihabında münasibdir.

Xörəkdə dəfnə yağı işlətmək damarları genəldir. Bu baxımdan darçın da faydalıdır.

İstiot fleqmatik məcazlı adamlarda qanı duruldur.

Qəliz qanı durulaşdırmaq üçün xörəkdə nanə işlətmək məsləhətdir.

Andız yemək qana ziyandır, sirkə onun bu cəhətini zərərsizləşdirir, yəni neytrallaşdırır.

Noxud yemək təmiz qan yaradır.

Şəkər qamışının suyu qocalar üçün münasibdir, onu içmək təmiz qan yaradır və sümükləri bərkidir.

Qırqovul əti təmiz qan yaradır. Üzüm və püstə də bu baxımdan faydalıdır. İnnab qanı təmizləyir, təmiz qan yaradır və iltihaba qarşı münasibdir.

Yumurta sarısı yemək damarların mənfəzini daraldır. Kahı, turp, kabab da yaxşı qan yaradır. Bu baxımdan təzə pendir də yaxşıdır.

Dələmə (təzə yumşaq pendir) isə qan xəstəliyinə qarşı faydalıdır. Qanı durultmaq üçün sarımsaq yemək məsləhətdir. Çiyələk qanı təmizləyir. Şirin tut da təmiz qan yaradır və damarların yolunu genəldir. Qanı durulaşdırmaq üçün qarpız yemək təsirli vasitələrdən biridir.

Armud yemək qanı mötədilləşdirir.

Bal damarların mənfəzini genişləndirir.

Tam bişmiş beçə xörəyi təmiz qan yaratmaqda ən faydalı dərmanlardan sayılır.


Tarix: 07.01.2013 / 20:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 394 Bölmə: Maraqlı Məlumatlar
loading...