beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlik dərmanlarının araşdırılmasına ehtiyac var

ABŞ-da qadınlar hamiləlik dövründə 3 və 5 arasında dərman qəbul edir. Bunu Amerikanın Ərzaq və Dərman Administrasiyası bildirir.
Digər qadınlar isə dərmanları uşaqlarını əmizdirdikləri vaxt içməli olur. Milyonlarla qadın bununla bağlı aydın təsəvvür əldə etməyə çalışır.

Preparatlar yüksək qan təzyiqi, diabet və əqli xəstəliklərin nəzarətdə saxlanması üçün mühüm olsa da, hamiləlik dövrü qadınlara və ana bətnində olan körpələrə ziyan vurə bilər.

İndiyədək dərmanlar A, B, C, D və X göstəricisi ilə müəyyən edilirdi. A ən zəif, X isə ən riskli dərman hesab edilirdi. March of Dimesın direktoru Edvard Makkeyb göstəricilərin çaşqınlığa yol açdığını deyir. "Bu system nə istehlakçıları, nə də professionalları məlumatla təmin edirdi."

Abilify dərman preparatı bipolar xəstələr üçündür və C göstəricisinin daşıyıcısıdır. Lakin dərman üzərində bu haqda heç bir məlumat yoxdur.
Bu dərmanın qadınlara necə təsir etdiyi də araşdırılmayıb.

Ərzaq və Dərman Administrasiyası beşhərifli göstəricilərin daha detallı məlumatla əvəz ediləcəyini bildirir. Beləliklə həkimlər xəstələrinə müəyyən dərmanlar arasında hamilələlik dövrü və ya uşaq əmizdirərkən seçim etmək imkanı verəcək.

March of Dimes doğuş deffektləri və erkən doğuşların azaldılması yolunda fəaliyyət göstərir. Lakin dr. Makkeyb kliniki sınaqlar və əlavə araşdırmalara ehtiyac olduğunu bildirir.

Makkeybin dediyinə görə, problem seçim edilməsi üçün dərmanlar haqda kifayət qədər məlumat olmamasındadır.


Tarix: 08.01.2015 / 16:04 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Maraqlı Məlumatlar