beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təzə qan beyin hüceyrələrini yeniləməyə kömək edir

Elm adamlarının apardığı tədqiqatlarda yaşlanmanı gecikdirən daha bir məhlul müəyyən edilib.

Məlumata görə gənclərdən alınan təzə qan, beyin hüceyrələrini yeniləyərək, qocalığın qarşısını almağa kömək edir.
''Science və Nature'' jurnalı da bu məlumatı işıqlandırıb. Aparılan 3 tədqiqata əsasən təzə qan əzələləri gəncləşdirməyə də təsirlidir.
Bunun əsas səbəblərindən biri gənc insan qanında olan zülal maddəsinin qocalara nisbətən fərqli olmasıdır.

Araşdırma nəticələrinə görə təzə qan məhlulu demans və hafizə problemlərinə də təsirlidir. Bunu siçanlar üzərində aparılan tədqiqatlar da göstərib.
Tədqiqatlarda yaşlı siçanlarda yaddaş və öyrənmə qabiliyyətlərinin yaxşı olduğu görülüb. Məlumatda yaşlanmanı önləməyin əsas yollarından biri kimi ''GDF11'' adı verilən zülal da xüsusi qeyd edilib. Stanford Universitetinin tədqiqatları da oxşar nəticələr göstərib.
Harvarddakı bir araşdırma isə bunun ürək əzələsi üzərində təsirli olduğunu müəyyən edib.


Tarix: 08.01.2015 / 16:19 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Maraqlı Məlumatlar