Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaddaşın möhkəmləndirilməsi

İpək paltar beyni itiləşdirir, zehni qüvvətləndirir, gözü işıqlandırır. Qırıqovul əti yemək, yasəmən iyləmək fəhmi artırır, beyni möhkəmləndirir, yaddaşsızlığa qarşı çox yaxşıdır. Püstə, cücə və fərə əti və beyni yemək, hafizə və zehni möhkəmləndirməkdə faydalı dərmanlardan biri sayılır. Mərzə çeynəmək beyin üçün münasibdir. Şamama və nərgiz iyləmək beyni isidir və qüvvətləndirir. Xardal yemək yaddaşsızlığa qarşı faydalı sayılır. Əncir, mixək, findıq, beyni gücləndirir, fəhmi artırır. Qabaq mürəbbəsi beyni möhkəmləndirməkdə tə”sirlidir. Heyva iyləmək beyni və əhvaliruhiyyəni yaxşılaşdırır. Alma yemək də bu baxımdan faydalı hesab edilir. Boymadərəndən hazırlanan təpitmə baş və beyni qüvvətləndirir. Gül yağı baş və beyin üçün olduqca münadibdir. Buruna gülab çəkmək huşusuzluğa qarşı faydalı olmaqla, beyni və diqqəti möhkəmləndirir. İstiot və zəncəfil hafizəni gücləndirir. Zə”fəran diqqəti qüvvətləndirir. Xiyar iyləmək beyni açır, insanı ruhlandırır. Kəklikotu çiçəyinin mürəbbəsi zehni qüvvətləndirir. Çətənə yemək isə beyni keyləşdirir, diqqəti pozur.


Tarix: 27.08.2012 / 23:59 Müəllif: Behlul Baxılıb: 771 Bölmə: Maraqlı Məlumatlar
loading...