beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rumıniyada süni qan düzəldilib

Məlumata görə Ruminyanın "Kluj" şəhərində iştirak edən Babes-Bolyai Universitetinin mütəxəssisləri süni qan yaradıblar. Dəniz soxulcanlarından alınan "hemerythrin" zülalı ilə əldə edilən və içində duzlu su olan maye, qan və orqan nəqli əməliyyatları üçün nəzərdə tutulub. Süni qanın tərkibində hemoqlobin yoxdur.
Tədqiqat qrupunu idarə edən Dr. Radu Silaghi-Dumitrescu bildirib ki, istehsal olunan məhsul insan orqanizminin gündəlik ehtiyac duyduğu qanın çıxarmasını təmin edir.
Mütəxəssislərin heyvanlar üzərində apardıqları tədqiqatlar və testlər müsbət nəticələr verib. Bütün testlərin tamamlanmasından sonra süni qanın insanlar üzərində sınanması gündəmə gələcək. Layihənin digər mərhələsində isə mayenin toz halına gətirilərək uzun müddət saxlanılması bildirilir.


Tarix: 08.01.2015 / 16:58 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqlı Məlumatlar