beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsiyyətin rolu

Uşağın özü ilə ilk ibtidai tanışlığı cinsiyyət mənliyindən başlayır. Cinsiyyət mənliyi şəxsin özünü kişi və ya qadın kimi göstərməsidir. Uşaq hər gün inkişaf edərək və gündəlik təcrübələr qazanaraq öz cinsiyyətinə uyğun rəftarları dərk edir. Uşaqda öz cinsiyyətinə xas mənliyin rolunu icad etmək üçün valideyn uşağa ad qoyduğu gündən bəri ona öz cinsinə uyğun paltarlar geyindrir, saçının düzümünə diqqət edir. Yenə də valideyn uşağın cinsinə uyğun oyuncaqlar alır, oyunlarla ovundurur və öz həmcinsləri ilə oynamaq üçün daha çox şərait yaradır. Buna görə də, uşaqlar 3 yaşından etibarən öz cinsiyyətlərinə uyğun rəftarlar haqqında aydın təsəvvür əldə edə bilir. Artıq 3 yaşlı uşaq fərdləri kişi və ya qadın olma nöqteyi-nəzərindən tanıyır və hər iki cinsdən də ictimai rəftarlar haqqında məlumat əldə edirlər. Hətta qızlar 5 yaşından analıq instinktini büruzə verirlər. 7 yaş hüdudlarında uşaqlarda cinsi istəklərin özünü göstərdiyi müşahidə olunur. Uşaq cinsi istəkləri dərk etməklə bu meyillərin özündə qoyduğu təsirləri də hiss edir. Yəqin elə buna görə, İslam təlimləri 6-7 yaşdan etibarən uşaqların həm özlərindən, həm də digər bacı-qardaşlarından ayrı yatması, yataqların ayrılması üzərində təkid edir.

İbtidai məktəb dövrlərində oğlanlar özünü kişi kimi aparmağa çalışır, halbuki bu dövrdə qızlar qadınlıq fəaliyyətinə o qədər də meyl göstərmir. Yeniyetməlik və cavanlıq dövrlərində isə cinsiyyətin rolu həm oğlanlar, həm də qızlar üçün xüsusi əhəmiyyət kəsb etməyə başlayır.

İslam dini insanların həyatında cinsiyyətin rolunu və bununla bağlı fərqləri inkar etmir, əksinə, hər cinsin özünə xas rolunu qəbul edir. Ancaq dinimiz bu məsələlərdə ifrata da varmır. Dinimizə görə, kişi və qadın eyni insani mahiyyət daşıyır və elmi-mənəvi kamilliklərin əldə olunmasında yarışırlar. Ali-İmran surəsi 195-ci ayə, Nisa surəsi 124, Nəhl surəsi 97, Bəqərə surəsi 148 və Hədid surəsinin 21-ci ayəsi bu məsələyə dəlalət edir.

İslam peyğəmbərinin qadına verdiyi dəyəri indiyə qədər heç bir din və məktəb ona verməmişdir. Qadın və kişi cinsləri arasındakı fərqləri nəzərə alaraq, İslam dini qadının hörmət və dəyərini qorumaq naminə onlar üçün xüsusi qanun və vəzifələr təyin etmişdir. Sözsüz ki, kişilər üçün də vəzifələr nəzərdə tutulmuşdur. Aydın məsələdir ki, onlardan hansı öz vəzifəsini layiqincə yerinə yetirib dini qanunlar və ədəb-ərkan çərçivəsində rəftar etsə məqamı daha yüksək olacaqdır. Hucurat surəsi 13-cü ayədə buyurulur:” Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.”

Əziz valideynlər! Övladlarınıza düzgün tərbiyə verməkdə əlinizdən gələni əsirgəməyin və bunun üçün hər an məlumatınızın artması lazımdır – bunu unutmayın!


Tarix: 08.01.2013 / 11:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 762 Bölmə: Maraqlı Məlumatlar