beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərləməyən insanlar günvurmaya daha çox məruz qalırlar

Anomal temperatur şəraitində günvurma, infarkt və insult tez-tez baş verir. Xüsusilə günvurma qızdırma, qusma ilə nəticələnərək, sinir sisteminin pozulmasına səbəb olur. Əgər vaxtında tədbir görülməzsə, bu hal ölümlə də nəticələnə bilər. Günvurma yaddaşsızlıq, baş ağrısı, ruhi pozğunluq və yuxusuzluğa da gətirib çıxarır. İstilər birinci növbədə ürək-damar və şəkərli diabet, xronuki ağciyər xəstələri, eləcə də böyrəyində problemi olanlar, zəif və yaşlı insanlar üçün daha təhküləlidir. Buna görə həkimlər belə insanlara isti günlərdə adətən evdə oturmağı və yalnız sərin vaxtlarda küçəyə çıxmağı məsləhət görürlər. Ancaq işləyənlər üçün bu, mümkün deyildir. Odur ki, işləyən adamlar günvurmadan qorunmaq üçün bir sıra qaydaları bilməlidirlər.
Mütəxəssislər ilk növbədə isti hava şəraitində tərləməyin çox vacib olduğunu bildirirlər. Çünki tərləmə - orqanizmin soyutma sistemidir. Bədəndə olan artıq istilk tər vasitəsilə xaric olunur və orqanizmin temperaturu sabit qalır. Yeri gəlmişkən, tərləməyən insanlar günvurmaya daha daha çox məruz qalırlar.
Bundan başqa, küçəyə çıxarkən başınıza, üzünüzə, bədəninizin açıq nahiyəsinə tökmək üçün özünüzlə adi su götürmək məsləhət görülür. Sizdən tələb olunan odur ki, su dərinizin səthində buxarlansın və bədəndə artıq istiliyin çıxmasına kömək etsin. Bu əsasən az tərləyən və yaxud tərləmək istəməyənlər üçün çox vacibdir.
Baş örtüyü ilə heç kim mübahisə edə bilməz. Günvurmadan küçədə uzanıb qalmaq istəmirsinizsə, başıaçıq gəzməyin.
Əlinizin altındakı jurnal, qəzet cib dəsmalı ilə də özünüzü yelləməklə ətrafınızda sərin hava yarada bilərsiniz.
Geyimi düzgün seçmək, vaxta riayət etmək, çoxlu su içmək, yağlı və ətli yeməklərdən uzaq durmaq da sizi istilərdən qoruya bilər.
Bütün bunlar günvurmadan qorunmağın sadə qaydalardır. Bu qaydalara əməl edin və iş gününü rahatlıqla başa vurun.


Tarix: 08.01.2015 / 16:09 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Maraqlı Məlumatlar