beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağızdakı bakteriyalarla milliyyəti öyrənmək mümkündür

Ağız boşluğunda olan bakteriyaların tərkibi hər bir insanda fərdidir, unikaldır. Böyük ehtimalla buna insanların etnik kimliyi təsir göstərir.
Damağın arxasında, ağız boşluğunun dərinliyində olan bakteriyaların tərkibi ilə, şəxsin etnik kimliyini təyin etmək mümkündür.
ABŞ-ın Oqayo ştatındakı universitetin paradontoloqları, Plos One jurnalında belə bir iddia irəli sürüblər.

Amerikalı alimlər ölkədə yaşayan müxtəlif xalqlardan ibarət yüz nəfərin, ağ dərili amerikalı, qaradərili, latınamerikalı və çinlilərin ağız boşluğunu tədqiq ediblər.

Onlar insanlarda damağ arxasında 400 növ bakteriyanın mövcud olduğunu aşkar ediblər və hər bir fərddə bakteriyaların növünün fərqli olduğunu öyrəniblər.
Yalnız mövcud bakteriyalardan ikisi, bütün xalqlarda mövcuddur. Tədqiq olunan insanlardan 90 faizində, bakteriyaların 8 faizi eyni olub.
Nəticədə məlum olub ki, hər bir etnik xalqın özünəməxsus bakteriyaları mövcuddur.


Tarix: 08.01.2015 / 16:59 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Maraqlı Məlumatlar