Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quş qripinin yeni növü aşkar edilib

Analizlər göstərib ki, bu virus quş qripinin təkmilləşdirilmiş forması H6N1-dir. Tayvanlı alimlər vəhşi quş qripinə yoluxmuş insanın diaqnozunu təsdiqləyiblər. Rusiya mətbuatının verdiyi məlumata görə, H6N1 virusu 20 yaşlı bir qızda aşkar edilib.

Virusun genetik analizləri göstərib ki, bu virus insanın yuxarı tənəffüs yollarının SAα-2,6 reseptoruna uyğunlaşma qabiliyyətini inkişaf etdirib.
Bu da potensial olaraq, virusa insan hüceyrəsinə uyğunlaşma imkanı verir",- deyə araşdırmanın aparıcı müəllifi həkim Xo Şen U bildirib.

Tayvanın mərkəzi hissəsindən olan yoluxmuş qadın 2013-cü ilin mayında qrip simptomları ilə xəstəxanaya çatdırılıb.
Qadın müalicə nəticəsində tamamilə sağalsa da onun boğazından alınmış yaxma onun A qripinə yoluxduğunu təsdiqləyib.
Analizlər göstərib ki, bu virus quş qripinin təkmilləşdirilmiş forması H6N1-dir. Bu virusa Tayvanda 1972-ci ildən rast gəlinir.


Tarix: 08.01.2015 / 16:57 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Maraqlı Məlumatlar
loading...