Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naringi haqqında ağlasığmaz iddia

Qış mövsümünün ən sevimli meyvələrindən olan naringi ilə bağlı ağlasığmaz iddialar ortaya atılıb. Türkiyə tərəvəzçilər, meyvəçilər, səyyar satıcılar federasiyasının rəhbəri Mehmet Çakmanın sözlərinə görə, naringi ağacdan hələ yaşıl rəngdə olanda toplanır. İstehsalçıya çatdırılana kimi bəzi kimyəvi proseslərdən keçir.

Belə ki, naringi və portağal toplandıqdan sonra qapalı məkanda saxlanılır. Onların üzərinə "etilen qazı'' sıxılaraq saraldılırlar. Daha sonra isə meyvələrin dayanıqlı və parlaqlığını təmin etmək üçün mumiyalanma prosesi həyata keçirilir.

Çakman bildirib ki, əslində meyvələrdə diqqətli şəkildə istifadə edilən bu kimi dərmanlar insan sağlamlığına zərər verməyəcək səviyyədə olur. Ancaq zaman-zaman naringi və portağalın üzərində normadan artıq dərman qalıqları qalır.

Federasiya rəhbəri belə şeylərə məruz qalmayan meyvələrin çox rəğbət görmədiyini deyir. "Adətən bu meyvələri alanda insanlar narıncı, sarı rəngdə olanlarına üstünlük verirlər. Ancaq naringi kimi meyvəni yaşıl rəngdə olarkən almaq məsləhətdir. Yaşıl meyvə daha təbii və sağlamdır. Adıçəkilən meyvənin öz rəngi onun prosesə mərz qalmadığını göstərir".


Tarix: 22.08.2012 / 03:44 Müəllif: [Ram] Baxılıb: 554 Bölmə: Maraqlı Məlumatlar
loading...