beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Noxudlu şorba resepti

Tərkibi:
350 q noxud
1 iri baş soğan
150 ml zeytun yağı (yaxud başqa bitki yağı)
2 x.q. un
cəfəri
0,5 limon
duz
istiot
Noxudu gecədən suda isladın

Hazırlanması:
Səhəri gün suyu süzün, noxudu bir neçə dəfə soyuq axar suyun altında yuyun. Aşsüzənə qoyub azca qurudun. Soğanı xırda doğrayıb dərin tavada zeytun yağında qızılı rəng alanadək qovurun. Noxudu əlavə edin, birlikdə bir neçə dəqiqə qovurun, qoz iyi gələndə ocaqdan götürün.

Noxudu qazana tökün, üstünə 2 barmaq çıxana qədər su tökün, qaynara düşəndə qazanın qapağını örtün, vam odda 1-1,2 saat bişirin (noxud yumşalanadək).
Bişənə yaxın limonun yarısının şirəsini sıxın (bütöv limondan da istifadə etmək olar), 2 x.q. unla eynicinsli kütlə alınanadək qarışdırın.
Noxudun bir hissəsini qazandan çıxarın, blenderdən keçirin, qazana qaytarın, unlu limon şirəsini qarışdıraraq əlavə edin, doğranmış cəfəri səpin, daha 5 dəqiqə bişirin, şorbanı ocaqdan götürün.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:54 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Şorbalar ve Helimler