Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kütahya şorbası (sıkıcık şorbası)

İçindəkilər:

1 stəkan incə bulqur
3 xörək qaşığı toz tarhana
1 xörək qaşığı un
1 xörək qaşığı quru nanə
1 çay qaşığı duz qara bibər
1 ədəd böyük boy quru soğan
25 qr kərə yağı (4 xörək qaşığı duru yağ da istifadə edə bilərsiniz)
1 xörək qaşığı tomat
6-7 stəkan ət və ya toyuq suyu
2 stəkan sarımsaqlı qatıq

8 nəfərlik Bişmə müddəti 15-20 dəqiqə


Hazırlanması:

İncə bulquru dərin bir qaba qoyub üzərinə yarım stəkan qaynar su tökün. Yumşalması üçün 10 dəqiqə gözləyin.

Sonra üzərinə tarhana; quru nanə; duz və qara bibəri qatıb yoğurun. Yoğurduğunuz bulqur xəmirindən fındıq böyüklüyündə parçalar qoparıb ovuclarınızda onları top halında yumrulayın. Hazırladığınız topları içəri-sinə 2 yemək qaşığı un tökülmüş siniyə qoyun. Bu şəkildə toplar bir-birinə yapışmayacaq.

Yağı orta ölçülü qazanda qızdırıb incə-incə doğradığınız soğanları içinə əlavə edib, orta ocaqda taxta qaşıqla qarışdıraraq 2 dəqiqə qovurun. Tomatı da əlavə edib 2 dəqiqə daha qovurduqdan sonra ət, ya da toyuq suyunu qazana boşaldın və qaynayana qədər bişirin. Qaynayınca duzunu atıb topları yavaş-yavaş əzmədən qaynayan suyun içinə əlavə edin.

Zəif yanan ocaqda sıx-sıx qarışdıraraq toplar yumşalana qədər bişirin. Ocaqdan alıb tabaqlara pay etdikdən sonra üzərinə sarımsaqlı qatığı töküb servis edin.


Tarix: 18.12.2012 / 14:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 253 Bölmə: Şorbalar ve Helimler
loading...