beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Un şorbası

Ərzaqlar:
Bir qədər un
1 su stəkanı süt
Istənilən qədər kərə yağı
istənilən qədər duru yağ
5 stəkan su
1-2 tel dərə otu
Duz(zövqə görə)

Hazırlanması:
Əvvəlcə qazanı qaza qoyub kərə yağı və duru yağ qazana qoyuruq.Üzərinə un əlavə edib qarışdırırıq .Azca qovururuq .Sonra üzərinə 1 su stəkanı süd töküb yenə azca qovururuq. 5 su stəkanı su əlavə edib qaynayana qədər qarışdırırıq (qarışdırmanı dayandırsaq şorbada düyünlər yaranar).5 dəqiqə qarışdırırıq sonra qazdan götürürük . Daha sonra istəyə görə duz və dərə otu qoyuruq

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:14 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Şorbalar ve Helimler