beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Brokoli şorbası

Tərkibi (4 pay):

1 l tərəvəz və ya toyuq bulyonu
1/3 st. düyü
duz
2 dəfnə yarpağı
bir neçə dənəvər qara istiot
0,5 baş soğan
2 kartof
1 yerkökü
250 q brokkoli
1 diş sarımsaq
1 x.q. cəfəri qurusu

Bulyonu qaynadın, yuyulmuş düyünü əlavə edin. Duz, dəfnə yarpağı, istiot, doğranmış sarımsaq və baş soğanın yarısını əlavə edin (bəziləri soğanı sevmirlər, o zaman soğanı doğramayın, şorbaya bütöv əlavə edin, bişdikdən sonra çıxarın).

Yerkökü və kartofu kubik doğrayın. Brokkolinin çiçəklərini ayırın. Tərəvəzləri bulyona əlavə edin. 20 dəqiqə, qazanın qapağı bağlı olmaqla vam odda bişirin. Tərəvəzlər yumşalınca şorba hazır olur.

Sonra cəfəri qurusu səpib ocaqdan götürün.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:17 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Şorbalar ve Helimler