beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Küftəli qatıq şorbası resepti

Tərkibi:
3 l su
6 x.q. ulduz makaron
1 yumurta
1 kasa qatıq
1 dolu x.q. un
qiymə (mal əti)
duz
istiot

Hazırlanması:
Xırda ulduz formasında makaronları suda bişirin. Yumurta, qatıq və unu bir qabda çalın, qaynayan makaronların suyundan bir neçə çömçə götürüb (qarışdıra-qarışdıra) həmin qatığın üzərinə tökün. Sonra eyni qayda ilə makaronların olduğu qazanı dayanmadan qarışdıraraq bu qarışığı oraya əlavə edin.
Qiyməyə duz, istiot vurub balaca küftələr tutun, azacıq yağda qızardın. Sonra qaynamaqda olan şorbaya əlavə edin.
Qırmızı istiotu yağda qovurun. Şorbanı süfrəyə verərkən üzərinə əlavə edin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:49 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Şorbalar ve Helimler