beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gicitkən otu şorbası

İçindəkilər:

500 qr gicitkən otu
1 quru soğan
2 xörək qaşığı qaynadılmış buğda
(buğdanın yerinə 2 xörək qaşığı iri bulqur da istifadə edə bilərsiniz).
1 stəkan qatıq
2 diş sarımsaq
1 xörək qaşığı un 1 çay qaşığı duz 5 stəkan ət suyu və ya su 1 yumurta
3 xörək qaşığı kərə yağı

6 nəfərlik Bişmə müddəti 30 dəqiqə


Hazırlanması:
Gicitkəni bol suyla yuyub, incə-incə doğrayın. Qazana öncə 2 xörək qaşığı kərə yağını, doğradığınız soğanı, sarımsaq və gicitkən otunu əlavə edib qovurduq-dan sonra qaynadılmış buğdanı əlavə edib qarışdırın. (Buğdanın yerinə bulqur əlavə etdiyinizdə isə, bulquru qaynatmağa gərək yoxdur. Sudan keçirdikdən sonra bir başa əlavə edə bilərsiniz).

5 stəkan ət suyunu əlavə edib, zəif ocaqda qaynadın. Digər tərəfdə yumurtanı, unu və qatığı yaxşıca qarışdırın. 1 xörək qaşığı kərə yağını kiçik qazana qoyub, üzərinə qarışdırdığmız sousu əlavə edib, qarışdıraraq bişirin, qaynamaqda olan şorbaya yavaş-yavaş əlavə edin.

Qısıq ocaqda 10 dəqiqə daha bişirib ocaqdan alın. İsti-isti servis edin.
Qeyd: Bu şorbaya quru nanə və qırmızı pul bibər ayrıca ləzzət verir. Vegeteriyanlar ət suyu yerinə su əlavə edərək bişirə bilərlər.


Tarix: 18.12.2012 / 14:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 205 Bölmə: Şorbalar ve Helimler