beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gicitkən şorbası

Lazım olanlar:

2 qaşıq qarğıdalı unu
1 qaşıq buğda unu
1 soğan
1 qaşıq kərə yağı
1 kasa gicitkən
1 dəstə kereviz yarpağı
2-3 zoğ təzə sarımsaq,
kərəyağı və duru yağ
su
duz.
Hazırlanması:

Kərə yağını və duru yağı qazana qoyun. İncə-incə doğranmış soğanı bu yağda qızardın. Sonra buna qarğıdalı ununu və buğda ununu əlavə edib qovurmağa davam edin.

Üzərinə soyuq su əlavə edin, yavaş-yavaş qarışdıraraq qaynadın. Şorba qatılaşmağa başlayandan sonra, incə-incə doğranmış gicitkənin yarpaqlarını, sarımsaq zoğlarını və kərəviz yarpaqlarını əlavə edin. Bir az qaynadın və şorbamız servis üçün hazırdır.


Tarix: 29.11.2014 / 12:12 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Şorbalar ve Helimler