beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəmir xorəyi düşbərə

Ərzaqlar
içlik üçün
300qr qoyun əti
yarım dəstə keşniş
yarim dəstə süyüd
quru nanə
1 ədəd balaca soğan
Xəmiri
3 stəkan un
duz
1 ədəd yumurta
su
Hazırlanması
Qoyun ətini ət maşınından çəkirik buna duz, istiot , nanə və xırda doğranmiş kişniş şüyüd əlavə edirik sonra isə soğanı xırda- xırda doğrayıb bunları bir yerdə qarışdırırıq
Xəmir isə yumurtanı suyu ,duzu əlavə edib yoğururuq xəmir bərk olmalıdır
sonra kündə düzəldilir bu kündələr 1 mm-ə qədər yayılır 3*3 sm-ə qədər ölçüdə kvadrat şəkilində kəsilir
hər kvadratın ortasına noxud boyda hazırladığımız ət qoyulub düşbərə bükülür
Xəmir xorəyi düşbərə
Düşbərə bu üsulla bükülür kvadrat üçgünc şəkilində qatlanıb ucları geriyə qatlanir
Xəmir xorəyi düşbərə
Xəmir xorəyi düşbərə
bukulen dusbereleri qoyun etinin bulyonunda bisiririk dusbereleri bisdikden sonra suzub uzerine alma sirkesi elave edib sufreye vere bilerik
Əgər xanımlar istəsəz düşbərəni belədə bişirmək olar. Əvvəlcə 1 ədəd balaca soğanı xırda- xırda doğrayıb yağda saralana qədər qovururuq sonra yağa qoyun. Ətinin bulyonunu əlavə edirik bulyon qaynadiqdan sonra düşbərələri tökürük qoyuruq bişməyə bişdikdən sonra isə üzərinə quru nanə töküb süfrəyə veririk
Mən belə bişirdim siz necə istəyirsizsə hələ hazırlayın. Qış aylarında isti xorəklərə ehtiyac olduğunu ümid edirəm

Xəmir xorəyi düşbərə
Nuş olsun


Tarix: 29.11.2014 / 12:13 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Şorbalar ve Helimler