beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toyuq Şorbası

Parçalanmış toyuq

Qirdə düyü

Quru alça

Zəfəran

Noxud

Şüyüd

Keşniş


Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir. Toyuq yağlı yaxşıdır. Toyuqu yaxşı yuyun, çoxlu miqdarda suda bişirin, sonra bulyondan çixarın, bulyonu isə başqa bir qazana süzün. Bulyonu qaynadın, 4.5 saplaq zəfəran əlavə edin, sonra quru alça, düyü. Düyü bir qədər olmalıdır ki, şorba həlimli olsun. Hamı bir yerdə bişsin və sonra noxudu əlavə edin, 5-10 dəqiqə bişsin. Düyü bişibsə, deməli şorba hazırdır.

Şorba dərin boşqablara tökülür və üstünə xırda doğranılmış göyərti əlavə olunur.

Nuş olsun!


Tarix: 18.12.2012 / 15:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 286 Bölmə: Şorbalar ve Helimler