beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soğan şorbası

Ərzaqlar:
10 stəkan ət suyu
3-4 ədəd soğan
2 yemək qaşığı kərə yağı və ya marqarin
2 yemək qaşığı un
İçi üçün:
2 yumurta sarısı
2 stəkan süd
Hazırlanması:
Soğanları ayırd edib ortadan ikiyə kəsərək incə, yarım halqalar halında doğrayın. Kərə yağı ilə birlikdə bir az qovurun. Un qatıb 2-3 dəqiqə qarışdırın. Ət suyu əlavə edib 30 dəqiqə yavaş-yavaş qaynadın. Çırpılmış yumurtanı qataraq bir iki burum qaynadıb ocaqdan götürün.
Üzərinə rəndələnilmiş holland pendiri səpərək xidmət edin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:28 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Şorbalar ve Helimler