beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbriz küftəsi

500 gr çəkilmiş ət (qoyun ya mal əti)

250 gr baş soğan

125 gr ləpə (yarıya bölünmüş noxud)

125 gr düyü

2 orta ölçülü kartof

2+3 yumurta

1 banka xırdalanmış pomidor

Göyərti – cəfəri, keşniş, şüyüd

Duz, istiot, sarıkök


Qiyməni soğanla qarışdırın. Düyünü sarıköklə yarıbişmiş vəziyyətə çatdırın. Suyunu süzüb qiyməyə əlavə edin. Noxudu və kartofu ayrı-ayrılıqda bişirin. Əzilmiş kartofu və üç çiy yumurtanı qiyməyə qatın. Duz, istiot əlavə edib yaxşica qarışdırın. Sonra qöyərtini əlavə edin (əgər göyərti qurudursa, onda əvvəldən isladın və suyu süzün).

Ayrıca 2 yumurtanı bərk bişirin, qabıqdan təmizləyib 4 hissəyə bölün. Soğanı həlqəvi doğrayın. Böyuk qazana bir qədər yağ töküb soğanı qızılı rəngə düşənədək qızardın. Onun 2/3 hissəsini kənara qoyub, qalan hissəsinə bir banka (450 gr) xırdalanmiş pomidor töküb qızartmağı davam edin. Pomidor qızaranadək, qiyməni 4 hissəyə (mən 5 hissəyə böldüm) bölün. Bu küftə iri olmalıdır. Sonra əllərinizdə qiyməni girdələyib içini dərinləşdirin və ora qızardılmış soğanı, bərk bişirilmiş yumurtanı, quru alçanı yığıb bağlayın və küftəni girdələyin. Qalan qiymədən də eyni qayda ilə küftələr tutub hamısını boşqaba yığın. Küftələrin içinə qoz ləpəsi də qoymaq olar. Alçanın əvəzinə küftənin içinə quru armud, quru albalı da qoyula bilər.

Pomidor qızaran kimi, qazana qaynar su tökün. Əgər varsa, turş təzə alça və təzə açı istiot (bibər) əlavə edin. Bunlar qaynayandan sonra küftələri qazana salın və qapağını örtün. Bir müddətdən sonra küftə və tərəvəz üzə çixacaq. Bundan sonra qazanı 45 dəqiqə də vam odda saxlayın.

Küftəni və bulyonu süfrəyə ayrıca verirlər. Bulyonu şorba kimi yeyirlər, küftəni isə quru xörək kimi. Mən istiotları çixarıb atıram.

Nuş olsun!


Tarix: 18.12.2012 / 15:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 394 Bölmə: Şorbalar ve Helimler