Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ezogəlin şorbası

6 nəfərlik Bişmə müddəti 30 dəqiqə

İçindəkilər:

1 çay stəkanı qırmızı mərcimək 3 xörək qaşığı düyü
3 xörək qaşığı yarma
3 xörək qaşığı incə qısa vermişel
1 soğan
2 xörək qaşığı tomat
1 xörək qaşığı kərə yağı yarım çay qaşığı qırmızı pul bibər
2 çay qaşığı quru nanə
6-7 stəkan qaynanmış su 1 xörək qaşığı duru yağ duz


Hazırlanması:
İlk öncə düyü, yarma, mərciməyi yuyun və suyunun tam süzülməsi üçün bir kənara qoyun. Soğanı incə doğrayın, kərə yağını içinə bir az da duru yağ qataraq əridin.

Soğanları içinə atın və diriliyi gedənə qədər qarışdırın.

Daha sonra üzərinə un əlavə edin. Bir az qarışdırın. Arxasınca içərisinə tomat və quru nanə, pul bibər qatın və qovurmağa davam edin. Bunun içinə yuyub süzdüyünüz düyünü, mərciməyi və yarmanı atın, bir-iki əl qarışdırın. Sonra şorbanın suyunu qoyun (Suyu gözəyarı qərarlaşdırın). Şorba qaynamağa başlayınca incə vermişeli əlavə edin. Bir az daha qaynadın və duzunu atıb ocağın altını qısaraq yavaş-yavaş 15 dəqiqə daha bişirin. Son olaraq duzunu atın və şorbanız servisə hazırdır.


Tarix: 18.12.2012 / 15:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 297 Bölmə: Şorbalar ve Helimler
loading...