beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

kahı şorbası

İçindəkilər:
orta böyüklükdə yarpaqları ayrılaraq təmizlənmiş kahı bir böyük baş quru soğan 3-4 diş sarımsaq 4-5 ədəd yaşıl soğan
3-4 yarpaq yaşıl
nanə (reyhan da istifadə edəbilərsiniz)
yarım dəstə cəfəri
yarım dəstə şüyüd
yarım kasa konservləşdirilmiş yaşıl noxud
1-2 xörək qaşığı zeytun yağı və ya duru yağ
4-5 stəkan ət suyu və ya ət suyu tableti
yetəri qədər duz


Hazırlanması:
Quru soğanı kiçik kublar şəklində doğrayın. Sarımsaqları incə kəsin. Orta ölçülü bir qazana zeytun yağını tökün (Zeytun yağı yerinə istədiyiniz duru yağı istifadə edə bilərsiniz). Qazanı orta dərəcədə yanan ocağın üzərinə yerləşdirin. Kub şəklində doğradığınız soğanları əlavə edin və qarışdıraraq bir-iki dəqiqə qovurun. Üzərinə sarımsaqları da əlavə edib bir-iki dəqiqə da-ha qarışdırın. Sonra ət suyunu əla-və edin və qaynayana qədər bişirin. (Ət suyunuz yoxsa, 4-5 stəkan ilıq suyun içinə ət suyu tableti əlavə edin və onu suyun içində əridin.
Bu şəkildə də şorba ləzzətli olur) Əvvəlcədən təmizləyib yuduğunuz kahı yarpaqlarını ellə bir neçə yerə bölün. Bıçaqla doğrasanız kahının mineralları ölər və rəngi qaralar. Onun üçün ən yaxşısı əllə bölməkdir. Böldüyünüz kahı yarpaq-larını qazanda qaynamaqda olan şorbaya əlavə edin. Yuyub hazırladığınız yaşıl soğanı, cəfərini, şüyüdü, nanəni də doğrayıb şorbaya tökün və qarışdırın. Qapağı örtüb tərəvəzlər bişənə qədər 10 dəqiqə qaynadın. Konservləşdirilmiş yaşıl noxudu da şorbaya əlavə etdikdən sonra bir 5 dəqiqə daha qaynadın, şorbanı blenderlə üyüdün, duzunu atıb, ocağı söndürün. Bol vitaminli kahı şorbası servisə hazırdır.


Tarix: 18.12.2012 / 14:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 411 Bölmə: Şorbalar ve Helimler