beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kapitan Şorbası

Vəsaitlər:
1/2 kq qoyun əti,
1-2 baş soğan,
1/2 ədəd kök,
1 kiçikbaş kərəviz,
1 çay stəkanı noxud,
1/2 çay stəkanı düyü,
15-20 ədəd incə çubuq makaron,
1 şorba qaşığı yağ,
1/2 şorba qaşığı pomidor püresi,
1/2 dəstə cəfəri, qara bibər, duz

Hazırlanması
Əti, sümüklü olaraq quşbaşı doğrayıb qazana qoyun.
Kökləri dilimlənin.
Kərəvizi dördə bölün.
Soğanları azca-azca doğrayın.
Kök, kərəviz və soğanlan ətin üstünə qoyun.
Yağı əlavə edərək yüngül atəşdə bişirməyə başlayın.
Ətin suyu çəkilincə (arada qarışdırın) içinə unu və pomidor püresini qoyun və bir dəfə çevirin.
15 stəkan suyu əlavə edin.
Bundan sonra yuyunmuş düyü, qaynadılmış quru paxla və noxudu şorbaya atın.
Əti, sümüklərindən asanca ayrılacaq hala gələnə qədər bişirin.


Tarix: 29.11.2014 / 12:31 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Şorbalar ve Helimler