beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əriştəli qatıq şorbası

Tərkibi:
*1 çay stəkanı əriştə
*3 su stəkanı su
*1 su stəkanı qatıq
*1 çay qaşığı un
*1 ədəd yumurta
*Duz

Sousu Üçün:
*1 çay qaşığı kərəyağı
*1 çay qaşığı maye yağ
*Bibər, nanə

Hazırlanması:
Əvvəlcə qazanımıza 1 çay stəkanı əriştəyi tökək və 1 su stəkanı su əlavə edərək zəif odda yaxşıca bişirək. Ayrı bir qaba 1 su stəkanı qatıq, 1 çay qaşığı un, 1 yumurta və 2 su stəkanı suyu tökək və blendardan keçirək. Hazırladığımız qatıqlı qarışığı bişən əriştəyə qarışdıraraq əlavə edək. Qaynayana qədər qarışdıraq. Gözəlcə qaynadıqdan sonra duzunu əlavə edək. Bu sırada kiçik bir tavada kərəyağı, maye yağı, pul bibəri və nanəni qovuraq. Bişən şorbamıza qarışdıraraq əlavə edək. 1-2 dəqiqə daha qaynadıqdan sonra şorbamız hazırdır.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:27 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Şorbalar ve Helimler