beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Buğdalı qış şorbası

Vəsaitlər:

1 su stəkanı buğda
1 su stəkanı noxud
200 qr brokoli
1 kök
1 soğan
2 salçalıq qırmızıbiber
1 yemək qaşığı tomat pastas
ı1 yemək qaşığı kərə yağ
ı1 yemək qaşığı günəbaxan yağı
Yarım limonun suyu
3 diş əzilmiş sarımsaq
3-4 su stəkanı isti toyuq suyu və ya su
duz
istiot

Hazırlanması:

Noxudu bir gecə əvvəldən suda gözlədin.Sabahısı gün suyunu dəyişdirib yumuşayana qədər qaynadın.Buğdanı yuyub 1 gecə əvvəldən soyuq suda gözlədin.Sabahısı gün suyunu süzüb qazana alın və üzərinə 2 su stəkanı isti su əlavə edərək qaynadın.Ayrı bir qazanda kərə yağı və günəbaxan yağını istilədin.Doğradığınız soğanı əlavə edib bişirin.Soğan bir az yumuşalandan sonra nərd zəri böyüklüyündə doğradığınız kökü və qırmızı bibəri əlavə edin.2-3 dəqiqə sonra tamat da əlavə edib qarışdırın.3 su stəkanı isti suyu da əlavə edin.Qaynamağa başlayınca buğda, noxud, brokoliyi, duzu və istiotu əlavə edib zəif xodda bişirin.Qazın üstündən almağa yaxın ayrı bir kasada qarışdırdığınız sarımsaqlı limon suyunu əlavə edin.Qarışdırıb qazın üstündən götürün alın və isti şəkildə servis edin


Tarix: 29.11.2014 / 12:18 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Şorbalar ve Helimler