beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ətli əriştə

Ləvazimatlar

Can əti – 300 q

Baş soğan – 2 ədəd

Un – 100 q

Alça – 3-4 ədəd

Kərə yağı – 150 q

Zəfəran – 2-3 q

Duz, istiot

Hazırlanma qaydası


1.Tikələrə bölünmüş ət bir baş soğanla ətçəkən maşınından keçirilir.
2.Ət qarışığına duz, istiot və 50 q un əlavə edilib qarışdırılır.
3.Ət farşı kiçik porsiyalara bölünüb una batırılır və samanvari formaya salınır.
4.Duz əlavə olunmuş su qazanda qaynadılır.
5.Baş soğan sürtgəcdən keçirilir və 100 q yağda qızardılır, zəfəran əlavə olunur.
6.Qaynayan suya ət küftəcikləri və qızarmış zəfəranlı soğan əlavə edilir.
7.Ət bişənə yaxın alça, duz və istiot əlavə olunur.
8.Hazır şorbanın üzərinə quru nanə səpilir.


Tarix: 18.12.2012 / 14:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Şorbalar ve Helimler