Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mərcimək Şorbası

İçindəkilər:

5 stəkan su
1 stəkan mərcimək
1 ədəd kartof
1 ədəd yerkökü
2 baş soğan
1 stəkan ət və ya toyuq suyu
2 xörək qaşığı kərə yağı
1 çay qaşığı qırmızı pul bibər duz
limon dilimləri


Hazırlanması:

Mərciməkləri təmizləyin, bir əl sudan keçirin. Kartofu, soğan-ları, yerkökünü təmizləyib dörd yerə bölün. Mərciməyi şorbanı bişirəcəyiniz qazana qoyun və üzərinə suyu, dördə böldüyünüz digər səbzələri də əlavə edərək orta dərəcəli yanan ocağın üzərində bişirməyə başlayın. Mərcimək və səbzələr yumşalana qədər qaynadın. Qazanı ocaqdan alın və blenderlə bütün səbzələr bir-birinə qarışanadək üyüdün. Bir stəkan ət suyunu əlavə edin və qazanı təkrar ocağa qoyun (Əgər şorbanız gözlədiyinizdən daha qatı olubsa, bir miqdar isti su əlavə edə bilərsiniz).

Bu arada kiçik bir tava alın və iki şorba qaşığı kərə yağını ocaqda əritməyə başlayın, ərimiş yağın üzərinə qırmızı pul bibəri əlavə edərək yağda bir az qovurun. Hazırladığınız kərə yağlı sousu şorbaya əlavə edib qarışdırın. Son olaraq duzu atın və ocağı söndürün. Şorba tabağına alın və üzərinə limon sıxın. Ləziz mərcimək şorbanız içilməyə hazırdır.


Tarix: 18.12.2012 / 14:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 294 Bölmə: Şorbalar ve Helimler
loading...