beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kərəvizli səbzə şorbası

İçindəkilər:

2 kartof
3 yerkökü 1 soğan
1 kərəviz
1 xörək qaşığı kərə yağı
2 xörək qaşığı duru yağ
2 xörək qaşığı un
1 stəkan soyuq su
2 stəkan ət suyu

6 nəfərlik Bişmə müddəti 20-25 dəqiqə


Hazırlanması:

Soğanı, yerkökünü, kartofu və kərəvizin kökünü doğrayaraq suda bişirin.
Səbzələr bişərkən bir tərəfdə də kərə yağmı və duru yağı birlikdə qazana qoyun, bunun üzərinə un əlavə edin və 2-3 dəqiqə qovurun.
Yavaş-yavaş qovrulmuş unun üzərinə soyuq suyu tökün. Bu arada bir əlinizlə də qarışdırmağa davam edin.
Un suda tam açıldıqdan sonra ət suyunu əlavə edib qaynadın. Bu arada səbzələriniz artıq bişmiş olmalıdır. Səbzələri tam əriyənə qədər bişirməyin.
Qazanı ocaqdan alın və blender yardımı ilə səbzələri püre halına gətirin. Sonra bu səbzə püre-sini qaynamaqda olan şorba su-yuna əlavə edin, bir-iki əl də qaynatdıqdan sonra duzunu əlavə edib ocaqdan alın.

Şorbanız artıq servisə hazırdır.


Tarix: 18.12.2012 / 14:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 143 Bölmə: Şorbalar ve Helimler